2024-cü ildə Azərbaycan vətəndaşları Türkiyədə 900-ə yaxın ev alıblar
2024-cü il ərzində (yanvar-dekabr) Azərbaycan vətəndaşları Türkiyədə 866 ev əldə ediblər.
Bu barədə Marja.az Türkiyənin Statistika qurumuna (TÜİK) istinadən xəbər verir.
2023-cü ildə Azərbaycan vətəndaşları Türkiyədə 832 ev əldə etmişdilər.
2024-cü ilin Dekabr ayında Azərbaycan vətəndaşları Türkiyədə 110 ev alıblar (2023-cü ilin dekabr ayında 52 ev almışdılar).
Türkiyədə əcnəbilərə ev satışı 2024-cü ildə əvvəlki ilə nisbətən 32,1% azalaraq 23 min 781-ə düşüb. 2024-cü ildə xaricilərə ev satışının ümumi ev satışlarında payı 1,6% təşkil edib. 2024-cü ildə xaricilərə mənzil satışının ən çox olduğu şəhərlər 8 min 416 ilə İstanbul, 8 min 223 ilə Antalya və 2 min 112 ilə Mersin olub.
Əcnəbilərə ev satışı dekabr ayında 2023-cü ilin dekabr ayı ilə müqayisədə 17,2% artaraq 2 min 418-ə çatıb.
2024-cü ildə Türkiyədə ən çox ev Rusiya (4 min 867), İran (2 min 166 ) və Ukrayna (1631) vətəndaşlarına edilib.
TÜİK məlumatlarına görə, Türkiyə daxilində ev satışları 2024-cü ildə 2023-cü illə müqayisədə 20,6% artaraq 1 milyon 478 min 25 təşkil edib. Dekabr ayında ev satışları 53,4 % artaraq 212 min 637-yə yüksəlib. Ən yüksək aylıq satış rəqəminə 2021-ci ilin dekabrından bəri nail olunub. Kreditlə mənzil satışları dekabrda 285,3 faiz artdığı halda, 2024-cü ildə 10,8 faiz azalıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
13 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 17 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB






















