Auto Azərbaycandan müştərilərə yaxın yeni ünvan – Hyundai Servis Mərkəzi artıq Yasamalda!
(®) "Auto Azərbaycan"dan müştərilərə yaxın yeni ünvan – Hyundai Servis Mərkəzi artıq Yasamalda!
Geniş diler şəbəkəsi ilə Hyundai markasının Azərbaycandakı rəsmi distribütoru olan Auto Azərbaycan müştərilərinə daha yaxın olmaq və onların avtomobil qayğılarını asanlaşdırmaq üçün Yasamalda yeni və müasir bir Servis Mərkəzi istifadəyə verib.
Yeni Servis Mərkəzində Hyundai avtomobil sahiblərinin hər zaman etibar edə biləcəyi, sürətli və keyfiyyətli xidmətlərin əlçatanlığını təmin etmək mümkün olacaq.
Açılış mərasimində çıxış edən "Auto Azərbaycan"ın rəhbəri Emil İsmayılov bu yeni filialı Hyundai Azərbaycanın uğurlarından biri kimi dəyərləndirib. O, çıxışında bildirib: "Auto Azərbaycan" olaraq, müştərilərimizin rahatlığını və məmnuniyyətini daim ön planda saxlayırıq. Bu yeni Yasamal Servis Mərkəzi müasir texnologiyalarla təchiz edilib və yüksək keyfiyyətli xidmət təqdim edəcək. Bizim məqsədimiz Hyundai avtomobili sahiblərinə daha yaxın olmaqdır".
Hyundai Yasamal Servis Mərkəzində həm zəmanəti olan, həm də zəmanət müddəti bitmiş avtomobilləriniz üçün geniş çeşiddə xidmətlər təklif olunur. Müasir avadanlıqlar, peşəkar ustalar və yalnız orijinal ehtiyat hissələrinin istifadəsi mərkəzi fərqləndirən əsas xüsusiyyətlərdəndir.
Hyundai Yasamal Servis Mərkəzi ən son texnoloji avandanlıqlarla təchiz edilmişdir. Mərkəzdə son nəsil Amerikan standartlı razval-balans cihazları, müasir diaqnostika avadanlıqları ilə avtomobilin dəqiq texniki vəziyyəti tam yoxlanılır. Kondisionerlər üçün xüsusi freon qazı doldurma qurğuları mövcuddur. Servis mərkəzində 9 ədəd lift quraşdırılmışdır ki, bu da avtomobilinizin təmir və qulluq prosesini daha sürətli edir, 9 avtomobilə eyni zamanda qulluq göstərilə bilir.
Hyundai üzrə ixtisaslaşmış və uzun illərin təcrübəsinə sahib mütəxəssislər - peşəkar usta heyəti avtomobilinizə hər zaman etibar edə biləcəyiniz qayğı göstərir. Mərkəzdə avtomobilinizin uzunömürlü və təhlükəsiz fəaliyyəti üçün yalnız Hyundai-ın rəsmi ehtiyat hissələri istifadə olunur.
Təklif Edilən Xidmətlər:
Yağ dəyişmə
Mühərrik təmiri
Sürətlər qutusu təmiri
Elektrik işləri
Diaqnostika
Razval-balans
Kondisioner freon qazının doldurulması
Ünvan: Bakı şəhəri, Akim Abbasov 13A
Telefonlar:
Servis: 055-313-26-26
Ehtiyat hissələri: 055-314-26-26
Müştərilərinə hər zaman xüsusi diqqət göstərən Auto Azərbaycanın dəstəyi ilə Hyundai avtomobil sahibləri üçün rahatlıq və keyfiyyət artıq çox yaxındır! Gəlin, avtomobilinizə doğru servisə etibar edin.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 17 saat əvvəl
- 19 saat əvvəl
- 20 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb




















