“Baku Steel Company” Amerika Neft İnstitutunun sertifikatlaşdırmasını uğurla tamamlayıb
(®) “Baku Steel Company” QSC (bundan sonra BSC) Amerika Neft İnstitutu (API) tərəfindən aparılmış auditdən uğurla keçib.
Auditin nəticəsinə əsasən, BSC Neft və təbii qaz sənayesi məhsullarının istehsalçılarına dair Keyfiyyəti İdarəetmə Sistemi tələblərini əks etdirən API Spec Q1 standartı üzrə sertifikatlaşdırmanı müvəffəqiyyətlə tamamlayıb və məhsullara dair tələbləri özündə əks etdirən API 5CT və 5L spesifikasiyalarının monoqramlarına layiq görülüb.
API Spec Q1 sertifikatı - neft və qaz sənayesində fəaliyyət göstərən istehsalçıların keyfiyyətə nəzarət, davamlı təkmilləşdirmə, planlama və risklərin düzgün idarə edilməsini təmin edən effektiv idarəetmə sistemlərinin tətbiqi üçün götürdükləri öhdəliyin sübutudur. Müvafiq olaraq, API 5CT və API 5L monoqramları neft və qaz sənayesində istifadə olunan qazma təyinatlı boruların, həmçinin müxtəlif sahələrdə tətbiq edilən ümumi təyinatlı boruların ən yüksək standartlara uyğunluğunu, keyfiyyətini və təhlükəsizliyini təsdiq edir. API sertifikatını əldə etmək və polad məhsullarının keyfiyyətini daha da artırmaq məqsədilə ötən il ərzində BSC tərəfindən aşağıdakı bir sıra mühüm təkmilləşdirmələr həyata keçirilib:
- Poladın tərkibindən hidrogenin çıxarılması və istehsal olunan polad profillərin fiziki və kimyəvi keyfiyyətlərinin yaxşılaşdırılması məqsədilə Vakuum Qazsızlaşdırma Qurğusu quraşdırılıb;
- İstehsal prosesində ən müasir həlləri tətbiq etmək və boruların keyfiyyətini API tələblərinə uyğun olaraq izləmək üçün yeni avadanlıqlar istismara verilib;
- Əlavə olaraq, mövcud avadanlıqların və proseslərin bir qismi təkmilləşdirilib;
- Şirkətin istehsal və keyfiyyətə zəmanət / idarəetmə bölmələri arasında etibarlı fəaliyyəti və qarşılıqlı əlaqəni təmin etmək üçün prosedurlar, təlimatlar və daxili standartlar nəzərdən keçirilib və optimallaşdırılıb;
- Rəhbərlik və keyfiyyətə cavabdeh mütəxəssislər də daxil olmaqla, bütün səviyyələrdə əməkdaşlar üçün daxili və xarici təlimlər təşkil olunub.
API sertifikatını uğurla əldə edən BSC, Qafqaz regionunda qazma və ümumi təyinatlı borular daxil olmaqla, təhlükəsiz, yüksək keyfiyyətli və tikişsiz / şovsuz polad boruların əsas istehsalçısı kimi öz mövqeyini daha da möhkəmləndirib.
Müraciətlər üçün: [email protected].
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 17 saat əvvəl
- 19 saat əvvəl
- 20 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb




















