Norveç elektriklə işləyən avtomobillərə tam keçid edən ilk ölkə olmağa hazırlaşır
Böyük neft və qaz ehtiyatlarına malik Norveçdə elektriklə işləyən avtomobil satışları 2010-cu ildəki ümumi avtomobil satışlarının 1 faizindən az olduğu halda, keçən il 88,9 faizə yüksəlib.Norveç dünyada benzin və dizellə işləyən avtomobillərdən elektriklə işləyən avtomobillərı keçən ilk ölkə olmağa hazırlaşır.
Marja xəbər verir ki, böyük neft və qaz ehtiyatlarına baxmayaraq, Skandinaviya ölkəsi uzun müddətdir ki, bərpa olunan resurslardan istifadə edən nəqliyyatda qlobal lider kimi tanınır. Ölkədə elektrik enerjisi ilə hərəkət avtomobillərin satışları 2010-cu ildə ümumi avtomobil satışlarının 1 faizindən az olduğu halda, keçən il 88,9 faizə yüksəlib və bu tendensiya heç bir yavaşlama əlaməti göstərmir.
Ölkənin milli yol şəbəkəsinə cavabdeh olan Norveç İctimai Yollar İdarəsi tərəfindən dərc edilən məlumatlara görə, bu ilin ilk bir neçə həftəsində satılan yeni avtomobillərin 96 faizindən çoxunun elektriklə işləyən avtomobillərin payına düşdüyü məlum olub.
Bu, Norveçi tam elektrikə keçməyə çox yaxınlaşdırır; Bu, ilk dəfə 2017-ci ildə qanunvericilər tərəfindən qarşıya qoyulmuş məcburi olmayan məqsədə çatmaq deməkdir.
Ölkədəki elektromobil sahiblərini təmsil edən Norveç Elektrikli Avtomobillər Assosiasiyasının (NEVA) baş katibi Kristina Norveçin bu məqsədə çatacağını gözləyir. O, bunun "tarixi bir mərhələ" olacağını söyləyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















