Naxçıvana ayrılan dotasiya illər üzrə azalır
Son iki hesabat ili ərzində Naxçıvana ayrılan dotasiya 349 milyon 850 min manat azalıb. 2022-ci il baza ili götürülərək aparılan təhlillərə əsasənNaxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyindən əldə etdiyimiz rəqəmlərə görə, Azərbaycan Respublikasının dövlət büdcəsindən muxtar respublikaya ayrılan dotasiya mərhələli şəkildə azaldılıb.
2023-cü ildə baza ilinə nisbətən 110 milyon manat, 2024-cü ildə isə 239 milyon 850 min manat azalma qeydə alınıb. Bununla da, cəmi iki il ərzində Naxçıvana ayrılan dotasiya 349 milyon 850 min manat azalıb ki, bu da ölkə büdcəsinə olan yükü əhəmiyyətli dərəcədə yüngülləşdirib.
Yerli gəlirlərdə də ciddi artım müşahidə olunub. Əgər 2022-ci ildə yerli gəlirlər büdcənin 31.78%-ni təşkil edirdisə, 2024-cü ilin sonuna bu göstərici 58.55%-ə yüksəlib. 2024-cü il ərzində əvvəlki illə müqayisədə yerli gəlirlər 77 milyon 154 min AZN artıb.
Aparılan islahatlar nəticəsində Naxçıvanın mərkəzi büdcədən asılılığının azalması və yerli gəlirlərin artması müsbət iqtisadi tendensiya kimi qiymətləndirilir. Naxçıvan Muxtar Respublikasında son iki il ərzində aparılan iqtisadi islahatlar, şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə büdcə daxilolmaları yerli mənbələr hesabına təmin edilməsinə kömək edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
7 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
8 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 9 saat əvvəl
-
9 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)
.jpg)












.jpg)




