"Şahdəniz"dən qaz hasilatı 2 milyard standart kubmetr artıb
2024-cü ildə Şahdəniz üzrə fəaliyyətlərə təxminən 2 milyard 203 milyon dollar əməliyyat xərcləri və təxminən 766 milyon dollar əsaslı xərclər çəkilmişdir. Bu xərclərin böyük əksəriyyəti Şahdəniz 2 layihəsinə aid olub.
Marja.az xəbər verir ki, bu, "bp-Azərbaycan"ın Biznes əməliyyatları haqqında hesabatında bildirilir.
Qeyd edilib ki, 2022-ci ildə başlanmış Şahdəniz Alfa (SDA) elektrik təchizatı layihəsi 2024-cü ilin dördüncü rübündə uğurla tamamlanmışdır. Bu layihə SDA platformasına ondan cəmi 8 kilometr aralıda yerləşən Bravo platformasından birbaşa elektrik enerjisi almaq imkanı yaratmışdır. Elektrik enerjisinin ötürülməsi sualtı cərəyan və fiber-optik kabel vasitəsilə təmin olunur. Bu modernləşdirmə SDA istismara veriləndən bəri orada istifadə olunan beş dizel generatoruna ehtiyacı aradan qaldırmaqla platformanın əməliyyat səmərəliliyini artıracaq, enerji təchizatının daha etibarlı, uzunmüddətli və fasiləsiz olmasını təmin edəcək və xərcləri azaldacaq.
Hasilat
İl ərzində Şahdəniz yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına, çoxsaylı obyektlər üçün BTC-yə və Avropadakı alıcılara qaz çatdırılması davam etmişdir.
2024-cü ildə yataqdan ümumilikdə - Şahdəniz Alfa və Şahdəniz Bravo platformalarından birlikdə təqribən 28 milyard standart kubmetr qaz və 4 milyon tondan çox (təqribən 35 milyon barel) kondensat hasil edilmişdir.
Mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə təxminən 79 milyon (ildə təqribən 29 milyard) standart kubmetrdir.
Şahdəniz 2 layihəsi
2024-cü ilin dördüncü rübündə Şahdəniz 2 layihəsi çərçivəsində şərq-şimal cinahından üçüncü quyu işə salınmışdır və qərb-cənub cinahında sualtı işlər üzrə fəaliyyətlər davam etmişdir.
Xankəndi sualtı tikinti gəmisi hazırda istismarda olan bütün Şahdəniz 2 və AÇG sualtı hasilat obyektlərinə texniki xidmət, yoxlama və müdaxilə ilə bağlı ümumi işlərə dəstək verməyə davam etmişdir. Regionda tətbiq edilən vahid gəmi strategiyasına uyğun olaraq Xankəndi gəmisi dənizdəki bütün tikinti, quraşdırma, müayinə, təmir və texniki xidmət işləri və fövqəladə hallara cavab tədbirləri üçün əsas gəmi kimi istifadə olunur ki, bu da bp və tərəfdaşlarının əməliyyatlarının daha təhlükəsiz və daha səmərəli olmasına xidmət edir.
Şahdəniz 2 layihəsi çərçivəsində görülən işlər Xənkəndi gəmisinin əsas iş həcmi olmaqda davam edir. Burada əsas diqqət layihə üzrə qalan quyuların təhvil verilməsinə yönəlib. Gəmidən və qazma qurğularından səmərəli istifadəni təmin etmək məqsədilə fəaliyyətlərin optimallaşdırılması və quyuların işə salınması müddətinin sürətləndirilməsi üçün inteqrasiya olunmuş qrafik hazırlanmışdır.
Qeyd edək ki, 2023-cü ildə Şahdəniz üzrə fəaliyyətlərə təxminən 2 milyard 194 milyon dollar əməliyyat xərcləri və təxminən 892 milyon dollar əsaslı xərclər çəkilmişdi. Bu xərclərin böyük əksəriyyəti Şahdəniz 2 layihəsinə aid olmuşdu. 2023-cü ildə yataqdan ümumilikdə - Şahdəniz Alfa və Şahdəniz Bravo platformalarından birlikdə təqribən 26 milyard standart kubmetr qaz və 4 milyon tondan çox (təqribən 35 milyon barel) kondensat hasil edilmişdi.
Mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə təxminən 77 milyon (ildə təqribən 28 milyard) standart kubmetr olmuşdu.
Şahdənizdə iştirak payları belədir: bp (operator – 29,99%), LUKOYL (19,99%), TPAO (19,00%), Cənub Qaz Dəhlizi (16,02%), NİKO (10,00%), MVM (5,00%).
Müştərilərin xəbərləri
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 21 saat sonra
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Təsisçiləri şirkətə illik 10 faizlə 142 milyon manat borc veriblər
-
2 saat əvvəl
Dağıstandakı “Ozon” logistika mərkəzi “Şimal-Cənub” dəhlizinin bir hissəsi olacaq
- 2 saat əvvəl
-
2 saat əvvəl
Avropa Mərkəzi Bankı üç il ardıcıl zərər açıqlayıb, sədri isə illik 702 min dollar maaş alıb
-
3 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Beynəlxalq Bankdan 100 milyon manatlıq istiqraz
Avropa Mərkəzi Bankı üç il ardıcıl zərər açıqlayıb, sədri isə illik 702 min dollar maaş alıb
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Uzbekneftegaz" və SOCAR Buxara neft emalı zavodunun modernləşdirilməsini müzakirə edib
Dünya İqtisadi Forumunun prezidenti istefa verib
Jeep istehsalçısı böyük məbləğdə zərər açıqladı
Yanvarda bank sektorunda çalışanların sayı 154 nəfər azalıb





















