“Azərlotereya” ən çox vergi ödəyən şirkətlər arasında — 92,4 milyon manat
“Azərlotereya” 2024-cü ildə ən çox vergi ödəyən 14-cü şirkətdir. Şirkət ötən il dövlət büdcəsinə 92,4 milyon manat vergi ödəyib.
(®) Dövlət Vergi Xidməti 2024-cü ildə ən çox vergi ödəyən və bu barədə məlumatın açıqlanmasına razılıq verən 100 vergi ödəyicisinin (büdcə təşkilatları istisna olmaqla) adlarını açıqlayıb.
Sadələşdirilmiş vergi ödəyicisi olan “Azərlotereya” ASC ötən il 92,4 milyon manat vergi ödəməklə bu siyahıda 14-cü yerdə qərarlaşıb. Şirkət qeyri-neft sektoru sahəsi üzrə ən çox vergi ödəyiciləri arasında isə 6-cı yerdədir.
Marja.az xəbər verir ki, bu, “Azərlotereya” ASC-nin yaydığı məlumatda bildirilir.
Qeyd edilib ki, 2021-ci ilin əvvəlində cənab Prezident İlham Əliyevin Sərəncamı ilə Türkiyənin “Demirören Holdinq” şirkətinə idarəetməyə verilmiş “Azərlotereya” ASC qanuni lotereya təşkilatçısı və idman mərc operatoru kimi uğurlu fəaliyyəti nəticəsində parlaq gələcək üçün xeyirli işlər və faydalı layihələrə imza ataraq yeni iş imkanlarının yaradılmasında pay sahibi olaraq ən böyük vergi ödəyicilərindən biri kimi ölkə iqtisadiyyatına böyük töhfə verməyə davam edir.
Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc operatoru “Azərlotereya”nın hər il ödənilən vergi həcmində xeyli artım müşahidə olunur.
“Azərlotereya” vergilər və dövlət büdcəsinə edilən digər ödəmələrdən əlavə, öz gəlirindən Korporativ Sosial Məsuliyyət çərçivəsində idman, təhsil, təbiət və innovasiyalar istiqamətlərində mühüm layihələrə resurs ayıraraq dəstək göstərir. Şirkətin missiyası, baxışları, dəyərləri ilə sıx bağlı olan KSM siyasətində başlıca hədəf layihələrin bu istiqamətlərdə genişləndirilməsidir.
Şirkətin xüsusi önəm verdiyi, şəhid ailə üzvlərinin təhsilinə dəstək məqsədilə həyata keçirdiyi “Əmanətə Sədaqət” layihəsi çərçivəsində Türkiyənin dövlət ali təhsil müəssisələrinin tələbəsi olan şəhid ailə üzvlərinin təhsil haqqı və yaşayış xərcləri, həmçinin Azərbaycanda ali təhsil alan şəhid ailə üzvlərinin yaşayış xərcləri qarşılanır. Hazırda layihə 150 şəhid əmanətini əhatə edir.
“Azərlotereya”nın Qarabağ Dirçəliş Fondu ilə birgə həyata keçirdiyi "Hər şey Qarabağ üçün" layihəsi çərçivəsində Qarabağın yenidən bərpası naminə tirajlı lotereya biletlərinin satışından əldə edilən vəsaitin bir hissəsi Qarabağın dirçəlişinə ianə edilib. Həmçinin işğaldan azad edilmiş torpaqların minalardan təmizlənməsi üçün xüsusi itlərin alınmasına dəstək göstərərək ANAMA-ya təqdim edilib.
İdmanın inkişafına diqqət və qayğı göstərərək sağlam həyat tərzinin təbliği, idmana olan marağın artırılması, dövlətin prioritet siyasətinə dəstək olan “Azərlotereya”nın “Misli” brendi 3-cü mövsümdür ki, Azərbaycan Premyer Liqasına sponsordur. İdmanın inkişafı istiqamətində futbol üzrə kişilərdən ibarət A milli komandası və ölkə voleyboluna böyük töhfə verir.
Bundan başqa, gənclərin təhsil, elm və yaradıcı fəaliyyətə cəlb edilməsi, texnologiyalara marağın artırılması istiqamətində görülən işlərlə onların potensiallarının üzə çıxmasına böyük dəstək olan “Azərlotereya” artıq 3 ildir ki, ölkənin ən yaxşılarının yarışdığı Peşəkar İntellekt Liqasının əsas tərəfdaşıdır, həmçinin populyar intellektual əyləncə platformalarından biri olan "Everest" layihəsinə dəstəkdir.
Müxtəlif sahələrdə innovativ layihələrin tətbiqi və inkişafı, innovativ, yenilikçi, yaradıcı startapların uğurla həyata keçirilməsi, gənclərin innovasiya sahəsinə yönəlməsi, bu qəbildən olan layihələrin uzunmüddətliliyini təmin etmək məqsədilə “Azərlotereya” ASAN “İnnovasiyalar Mərkəzi” ilə birgə “Brain Game” intellektual oyun hakatonu keçirdib maraqlı ideyaların üzə çıxmasına şərait yaradılıb.
“Azərlotereya” bundan sonra da beynəlxalq standartlara uyğun, qanun çərçivəsində şəffaf fəaliyyəti ilə dövlətə faydalı olmağa davam edəcək.
“Azərlotereya” öz fəaliyyətini şəffaflıq prinsipi əsasında təşkil edərək hər il maliyyə hesabatlarını “Böyük 4-lük” şirkətlərindən biri ilə audit edir, maliyyə hesabatlarınıa öz rəsmi veb səhifəsində yerləşdirir. Qanunverciliyin tələblərinə əsasən şirkətin fəaliyyəti tənzimləyici orqan tərəfindən nəzarət edilir. Eləcə də şirkətin prosesləri beynəlxalq standartlara görə qurulub və hər il Dünya Lotereyalar Assosiasiyası (WLA) standartlarına uyğunluyu səlahiyyətləndirilmiş qurumlar tərəfindən audit edilir və sertifikatlandırılır.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 gün sonra
Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi —
-
7 d. əvvəl
SOCAR İtaliyada 4500 yanacaqdoldurma məntəqəsi olan şəbəkəni aldı
-
-
50 d. əvvəl
Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Nyu Yorkda görüş keçirilib
- 52 d. əvvəl
-
1 saat əvvəl
Spirtin və alkoqollu içkilərin istehsalı, idxal və satışına dövlət nəzarəti bu quruma da tapşırıldı
-
1 saat əvvəl
Azərbaycanı Uşaq Avroviziya 2025 mahnı müsabiqəsində Yağmur Nəsrullayeva təmsil edəcək
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda tarixi hadisə: ITMF və ATA-nın birgə seminarı ilk dəfə Bakıda
-
2 saat əvvəl
2029-cu ilə qədər BƏƏ-nin tikinti sektorunun illik həcmi 130,8 milyard dollara çatacaq
-
2 saat əvvəl
Fond "Basalt Group"ın nizamnamə kapitalında iştirak edəcək, bazalt istehsalına investisiya qoyulacaq
- 2 saat əvvəl
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi —

SOCAR İtaliyada 4500 yanacaqdoldurma məntəqəsi olan şəbəkəni aldı

Fond "Basalt Group"ın nizamnamə kapitalında iştirak edəcək, bazalt istehsalına investisiya qoyulacaq

Azercell ilə şəhərdaxili mikromobillikdə yeni mərhələ
Ən çox oxunanlar

Azərbaycan şirkətinin rəhbərinin ideyası əsasında ofis əməkdaşları üçün universal kreslo hazırlanıb

Qlobal birjalarda son vəziyyət - GÜNƏ BAXIŞ

Azərbaycan neftinin son qiyməti

Bakıda “Şəhər daxilində yeni şəhər” - Böyükşor gölü ətrafına 5 milyard dollaradək investisiya yatırılacaq

Ölkənin ən böyük musiqi festivallarından biri baş tutub
