Avropada satışların azalması ilə Teslanın bazar dəyəri 1 trilyon dollardan aşağı düşüb
ABŞ-ın elektrikli avtomobil istehsalçısı Tesla-nın bazar dəyəri 1 trilyon dollardan aşağı düşüb.
Marja xəbər verir ki, Baş direktoru İlon Mask olan Tesla-nın səhminin qiyməti Nyu-Yorkda 8,4 faiz ucuzlaşaraq 302,80 dollara düşüb. Bu da 296,91 dollara bağlandığı 7 noyabrdan bəri ən aşağı səviyyədir. Səhmlərinin ucuzlaşması ilə Tesla-nın bazar kapitallaşması 974 milyard dollara geriləyib.
Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının (ACEA) məlumatlarına görə, Tesla-nın Avropa Birliyi daxilində yanvar ayında satışları ötən ilin eyni dövrü ilə müqayisədə 50,3 faiz azalaraq 7517 ədədə düşüb. 2024-cü ilin yanvar ayında Avropa Birliyində 15 min 130 ədəd Tesla satılmışdı.
İlon Maskın Almaniyada ifrat sağçı siyasətçilərə açıq dəstəyi və Britaniya siyasətinə qarışması avropalıların şirkətdən uzaqlaşmasına səbəb olur.
Tesla-nın satışları demək olar ki, bütün Avropa ölkələrində, xüsusilə Almaniya, Fransa, İtaliya, İspaniya və Böyük Britaniyada azalır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 17 saat əvvəl
-
19 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 19 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb




















