Türkiyədə Chery avtomobilləri istehsal olunacaq - 1,5 milyard dollardan çox sərmayə!
Çinin Chery şirkəti Türkiyənin Samsun şəhərində 1,5-2 milyard dollar civarında sərmayə ilə zavodunu quracaq.
Marja.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, zavodun 1 milyon 500 min kvadratmetr sahədə qurulması və birinci mərhələdə 25 min nəfərin işlə təmin olunması nəzərdə tutulur.
Türkiyədə elektrik və hibrid avtomobil istehsalı hədəfləyən Chery-nin 1,5 milyard dollardan çox sərmayə ilə ildə 150 minə yaxın nəqliyyat vasitəsi istehsal edəcəyi gözlənilir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra verdiyi açıqlamada, Çin markası BYD-nin Manisada 1 milyard dollarlıq zavod quracağını xatırladan Ərdoğan, “Başqa bir Çin şirkəti də Samsuna sərmayə yatırır. Hazırlıq tamamlanıb. Tezliklə Samsunda bu brendin zavodunun təməlinin qoyulduğunu görəcəyik”,- deyib.
Son zamanlar Chery şirkəti SUV seqmentində önə çıxan modelləri ilə diqqət çəkir. Türkiyədə ən çox satılan modellər arasında Chery-nin Tiggo 8 Pro, Tiggo 7 Pro, Tiggo 4 Pro və Omoda modelləri də yer tutur.
Elektrik və hibrid texnologiyasında sərfəli qiymətlər təklif edən Chery kimi Çin markalarının Türkiyədə istehsala başlaması ilə qiymətlərin aşağı düşəcəyi gözlənilir. Belə ki, yerli istehsal əlavə gömrük rüsumlarından azaddır.
Türkiyənin Sənaye və texnologiya naziri Fatih Kaçır bu ayın ortalarında Samsuna investisiya üçün Chery ilə danışıqların son mərhələdə olduğunu bildirmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 2 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 15 saat əvvəl
-
17 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 17 saat əvvəl
- 22 saat əvvəl
-
22 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 22 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















