Media nümayəndələri üçün kibertəhlükəsizlik mövzusunda təlim keçirilib

(®) Media nümayəndələri üçün kibertəhlükəsizlik mövzusunu təşviq etmək məqsədilə təlim keçirilib. Altmışa yaxın iştirakçının qatıldığı təlim “Bakcell” və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) birgə tərəfdaşlığı çərçivəsində baş tutub.
İl ərzində planlaşdırılan təlimlər silsiləsinin ilk sessiyasında media nümayəndələrinə rəqəmsal təhlükəsizlik sahəsində əsas risklər, kibertəhlükəsizlik insidentlərinə qarşı müdafiə üsulları və rəqəmsal medianın informasiya təhlükəsizliyindəki rolu barədə ətraflı məlumat verilib. Təlim iştirakçıları, eyni zamanda, süni intellektin kibertəhlükəsizlikdə tətbiqi, məlumatların məxfiliyi və kiberfırıldaqçılıq riskləri kimi vacib mövzular ətrafında müzakirələr aparıblar.
“Telekom sektorunda süni intellekt və innovasiyalar getdikcə daha böyük rol oynayır və biz media nümayəndələrinin bu trendləri yaxından izləməsinə kömək etməyi vacib hesab edirik. İnanırıq ki, təşkil etdiyimiz təlimlər iştirakçıların texnoloji yeniliklərə dair biliklərini artırmağa və rəqəmsal sahədəki dəyişiklikləri daha dolğun işıqlandırmalarına imkan yaradacaq”, – deyə “Bakcell“in baş direktoru Klaus Müller bildirib.
İRİA-nin İdarə Heyətinin sədri Fərid Osmanov isə təlimin əhəmiyyətini vurğulayaraq bildirib: “Media cəmiyyətin yeniliklərə açıq olmasında və innovativ düşüncənin formalaşmasında mühüm rol oynayır. Son dövrlərdə kibertəhlükəsizlik və rəqəmsal ekosistemin qorunması xüsusilə aktual məsələyə çevrilib. Bu təlimlər media nümayəndələrinə yalnız rəqəmsal bacarıqlar qazandırmır, eyni zamanda, onları kibertəhlükəsizlik risklərinə qarşı daha hazırlıqlı edir. Rəqəmsallaşan dünyada medianın təhlükəsiz informasiya mühitini qoruması strateji əhəmiyyət kəsb edir.”
Qeyd edək ki, “Bakcell” 2012-ci ildən etibarən hər il media nümayəndələri üçün innovasiya və texnologiyalara dair təlimlər təşkil edir. Bu il isə ilk dəfə olaraq tədbirlərini daha geniş miqyasda keçirərək, İRİA ilə birgə reallaşdırıb.
Ölkədə innovasiya mövzusunda liderliyini qoruyan hər iki qurum il ərzində mütəmadi təlimlər təşkil edəcək. Süni İntellekt, rəqəmsallaşma, kibertəhlükəsizlik, innovasiya kimi mühüm mövzuları əhatə edən proqram iştirakçılara rəqəmsal transformasiya dövründə müasir media trendlərinə uyğunlaşmaq üçün praktik biliklər qazandıracaq.
“Bakcell” haqqında
“Bakcell” Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda “Bakcell” üç milyondan çox müştərini yüksək innovativ, keyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Şirkət süni intellektə əsaslanan həllər vasitəsilə Azərbaycanın davamlı inkişafına töhfə verir və Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biridir.
“Bakcell” müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
Müştərilərin xəbərləri

Mələk İnvestorlar Məktəbi — Azərbaycanda yeni nəsil investor mədəniyyətinin formalaşması üçün platforma
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 57 d. əvvəl
- 1 gün əvvəl
-
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Kristal" "City Garden Narimanov"da yenidən daxili krediti aktivləşdirdi!
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər

Azercell “CyberCell Hackathon”a start verir

Həyəcan zirvədə - 2-ci avtomobil sahibinə təhvil verildi!

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Bank of Baku istehlak kreditləri üzrə TOP 3-də yerləşdi!

"Kapital Bank"ın cəmi kredit portfeli 5 milyard manatı aşıb
Ən çox oxunanlar

Milyarder Cef Bezosdan 2045 proqnozu

Sabah Bakıda bal yarmarkası fəaliyyətə başlayır

Türkiyə Lirəsi ardıcıl 4-cü gündür ucuzlaşır - DOLLAR/TL YENİ ƏN YÜKSƏK SƏVİYYƏSİNƏ ÇATIB

Avrozonada inflyasiya hədəfin üzərinə yüksəlib

"Azəristiliktəchizat" Asiya İnkişaf Bankı ilə gələcək inkişaf strategiyası hazırlayır

BOKT 16 faizlə borc alır - HƏRRAC TARİXİ

ABB-nin dəstəyi ilə “EY İlin İş Adamı” müsabiqəsi başlanır

Türkiyənin tekstil və geyim sektorunda 316 min nəfər işdən çıxarılıb
