“Azərkosmos”un sədri nazir müavini təyin edildi
Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müavin təyin edilibSaməddin Əsədov rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müavin təyin edilib.
O, bu təyinatdan öncə nazirlik yanında Kosmik Agentliyi (“Azərkosmos”) ASC-nin İdarə Heyətinin sədri olub.
Bununla da, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin müavinlərinin sayı 5-ə çatıb.
Nazirlikdən bildirilib ki, “Azərkosmos”un İdarə Heyətinin sədri vəzifəsinə hələ ki təyinat yoxdur.
Saməddin Əsədov Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 2021-ci ildə Azərbaycan Respublikasının Kosmik Agentliyi – Azərkosmosun İdarə Heyətinin sədri vəzifəsinə təyin olunmuşdu.
O, 2014-2021-ci illərdə Azərkosmosda Maliyyə departamentinin direktoru kimi fəaliyyət göstərmiş, 2011-2014-cü illərdə burada müxtəlif vəzifələrdə çalışmışdır. 2007-2011-ci illərdə isə Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Maliyyə, mühasibat uçotu və iqtisadi təhlil departamentinin əməkdaşı olmuşdur.
Saməddin Əsədov Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə və kredit üzrə bakalavr və magistr təhsili almış, ADA və Dyuk Universitetinin (ABŞ) Fuqua Biznes Məktəbinin Adaptiv Strateji İdarəetmə Proqramında iştirak etmiş, eyni zamanda ADA Universitetinin Maastrixt Menecment Məktəbi ilə birgə təşkil olunmuş strateji idarəetmə üzrə ixtisasartırma kursunu bitirmişdir.
2024-cü ildə Saməddin Əsədov Beynəlxalq Astronavtika Federasiyasının (IAF) elm və akademik əlaqələr üzrə vitse-prezidenti təyin edilib.
© “Report” *
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
7 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 3 saat sonra
-
- 18 saat əvvəl
- 19 saat əvvəl
-
19 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 19 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























