Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azərbaycan və Özbəkistan Xəzər dənizində bərə daşımaları üzrə yeni çağırışları müzakirə edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan və Özbəkistan Xəzər dənizində bərə daşımaları üzrə yeni çağırışları müzakirə edib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) İdarə Heyətinin sədri Rauf Vəliyev Azərbaycanda səfərdə olan Özbəkistanın Nəqliyyat Nazirliyi yanında Nəqliyyat və Logistikanın İnkişafının Öyrənilməsi Mərkəzinin direktoru Bekzod Xolmatovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

ASCO-dan bildirilib ki, Özbəkistan Nəqliyyat Nazirliyinin və Özbəkistan Dəmir Yollarının əməkdaşlarından ibarət nümayəndə heyətinə nəqliyyat və logistika sahəsində ölkəmizdə həyata keçirilən mühüm tədbirlər, eləcə də ASCO-nun fəaliyyəti barədə ətraflı məlumat verilib.

Görüşdə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin (Orta Dəhliz) əhəmiyyətindən və aktuallığından danışılıb. Bu dəhlizin inkişafı çərçivəsində Xəzər dənizində Özbəkistan-Azərbaycan nəqliyyat əlaqələrinin genişləndirilməsi, o cümlədən Xəzərdə bərə daşımaları seqmentində yeni çağırışlara dair müzakirələr aparılıb.

13.03.2025 11:54
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ