"Sərhədi keçmədən, pulla saxta diplom alırlar"
"İdarədə əsas fəaliyyət istiqamətlərindən biri də nostrfikasiya prosesidir".
Bunu Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin rəisi Samir Vəliyev deyib.
"Bu sahədə bütün proses elektronlaşdırılıb, şəxs idarəyə gəlmədən sənədlərini yükləmək və bütün mərhələlər haqqında mütəmadi məlumat almaq imkanındadır. Bu, təhsil sahəsi üçün xüsusi önəm kəsb edir. Çünki bir çox vətəndaşlar təhsil almaq üçün xarici ölkələrə gedir. Lakin tədris dilini bilmədən, öz ixtisası barədə məlumatı olmadan diplom əldə edilər. Nazirlik olaraq bu prosesin qarşısının alınması istiqamətində işlər aparılır. Əsas istiqamət ölkədə təhsilin bütün pillələrində keyfiyyətli təhsil vermək və nəticədə əmək bazarını peşəkar və ya ixtisaslı kadrlarla təmin etməkdir. Xarici ölkə ali təhsil müəssisələrindən gələrək öz ixtisasını və tədris dilini bilmədən diplom əldə edənlərin qarşısının alınması ən önəmli məsələlərdən biridir. Bu qəbildən olan insanlarla müsahibələr aparılır. Nəticə etibarı ilə öz ixtisasından heç bir məlumatı olmayana, tədris dilini bilməyən şəxslərə diplomlarının tanınmasından imtina edilir",- o deyib.
O, "Xaricə getmədən pulla saxta diplom alanlar təhsil alanların neçə faizini təşkil edir. Belə hallarla bağlı Təhsil Nazirliyinin mövqeyi necədir?" sualına belə cavab verib:
- Hazırda faizi demək çətindir. Amma xaricə getmədən vətəndaşların pulla saxta diplom alması faktları var. Ümumiyyətlə, sərhədi keçmədən, həmin ölkədə olmadan bəzi vətəndaşlar diplom əldə edə bilirlər. Hətta bu diplomlar həmin ölkənin apostil möhürü ilə də təsdiq edilib. Apostil registrində belə bir diplomun mövcud olması faktı təsdiq edilib, eyni zamanda, ali təhsil müəssisəsinin özü də belə bir sənəd verdiyini təsdiq edib.
Və yaxud 4 il əyani təhsil almış şəxs yalnız son ilin 2 günündə həmin ölkədə olub. Belə hallar mövcuddur. Bu təhsil müəssisələrinin verdiyi diplomların özü saxta olmasa da, məzunun təhsil almadan, imtahan vermədən, həmin ölkədə olmadan diplom əldə etməsi həmin təhsil müəssisəsinin necə fəaliyyət göstərdiyini göstərir. Biz hər bir ölkədə bu növ təhsil müəssisələri haqqında məlumatlıyıq və dəfələrlə onların özlərinə də müraciət edərək məlumatlar verilib. Bu kimi hallara qarşı daha ciddi mübarizə aparılır. Çünki bizdə hər bir ölkədə belə diplom verən təhsil müəssisələrinin siyahısı mövcuddur. Bu siyahıda da Ukrayna, Rusiya təhsil müəssisələri üstünlük təşkil edir, qismən Gürcüstan ali məktəbləri də da var.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 20 d. əvvəl
-
- 24 d. əvvəl
- 26 d. əvvəl
- 28 d. əvvəl
- 32 d. əvvəl
- 34 d. əvvəl
-
46 d. əvvəl
Azərbaycanın neft-qaz sektoruna daxil olan malların ixracından gəliri azalıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Speedtest Global Index”: Azərbaycanda internetin sürəti illik müqayisədə artıb
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycan və Türkiyə binalarda enerji səmərəliliyi üzrə əməkdaşlıq sənədi imzalayıb
Xalq Bankda hədiyyəli “Əmanət” lotereyası davam edir
Gələcəyin şəhərləri yeni mobillik tələb edir
Azərbaycana minik avtomobillərinin idxalı 40 %-dən çox azalıb
Azərbaycanın ixracı qızıl ehtiyatının satışı ilə kəskin artıb - müsbət saldoda 10 qat artım






.jpg)






.jpg)







