“PAŞA Bank”ın Müşahidə Şurasının sədri dəyişdi
“PAŞA Bank” ASC-nin Müşahidə Şurasının tərkibində növbəti dəyişiklik baş verib.
Bankdan Marja.az-a verilən məlumata görə, 18 mart tarixindən etibarən Mir Camal Paşayev “PAŞA Bank”ın Müşahidə Şurasının sədri vazifəsindən ayrılıb. Bankın Müşahidə Şurasının yeni sədri Rövşən Allahverdiyev təyin olunub.
Qeyd edilib ki, Mir Camal Paşayev yaradılmasının ilk günündən başlayaraq, bu günə kimi, 18 ildir ki, “PAŞA Bank” ASC-nin Müşahidə Şurasına sədrlik edib, 2020-ci ildə isə Bankın səhmdarları siyahısına daxil olub. Cənab Paşayev “PAŞA Holding”in Direktorlar Şurasının sədr müavini kimi vəzifələrinin icrasına və PAŞA Qrupda digər istiqamətlər üzrə fəaliyyətinə davam etdirəcəyini bildirib.
Xatırladaq ki, “PAŞA Bank”ın Müşahidə Şurasının yeni sədri Rövşən Allahverdiyev 2013-cü ilin iyun ayından 2023-cü ilin may ayınadək “Kapital Bank”ın İdarə Heyətinin sədri vəzifəsində çalışıb. 2023-cü ilin may ayından etibarən cənab Allahverdiyev bankın Müşahidə Şurasının sədri vəzifəsinə təyin olunub. Hazırda R.Allahverdiyev “PAŞA Holding”in Baş İcraçı Direktorunun müavini vəzifəsində çalışır.
Beləliklə, hal-hazırda “PAŞA Bank”ın Müşahidə Şurasının yeni tərkibi aşağıdakı kimidir:
• Rövşən Allahverdiyev, Müşahidə Şurasının sədri
• Şahin Məmmədov, Müşahidə Şurasının üzvü
• Nəriman Sərdarlı, Müşahidə Şurasının üzvü
• Şirin Əliyeva, Müşahidə Şurasının müstəqil üzvü
• Corc Cosef Haimari, Müşahidə Şurasının müstəqil üzvü
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 1 saat əvvəl
-
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb






















