JAC Trucks Azərbaycanda rəsmi açılışını etdi!
(®) 18 Mart 2025-ci il tarixində JAC Trucks kommersiya avtomobillərinin rəsmi satış və servis mərkəzinin açılışı baş tutub.
Tədbir JAC Trucks brendinin Azərbaycandakı rəsmi distribyutoru olan “Auto Azərbaycan” şirkətinin təşkilatçılığı ilə keçirilib.
Tədbirin açılışını “Auto Azərbaycan” şirkətinin direktoru Emil İsmayılov və JAC Motors-un Qafqaz regionu üzrə Regional Meneceri Liu Boa edərək, JAC Trucks brendinin qlobal bazardakı uğurlarını və Azərbaycanın kommersiya avtomobil bazarında oynayacağı rolu vurğulayıblar.
Tədbirdə şirkət rəsmiləri, media nümayəndələri və biznes sahəsinin aparıcı simalarına JAC Trucks modelləri ətraflı təqdim edilib. JAC Motors dünya üzrə kommersiya avtomobilləri sahəsində geniş məhsul çeşidinə malikdir və yüksək keyfiyyətli yük maşınları ilə tanınır. Azərbaycanda satışa çıxarılan modellər yanacaq sərfiyyatı, yükdaşıma qabiliyyəti və dayanıqlılığı ilə seçilir.
Qonaqlar JAC Trucks-ın fərqli yük avtomobili modelləri ilə tanış olub, onların kommersiya sektoru üçün yaratdığı üstünlükləri əyani şəkildə görmək imkanı əldə ediblər.
Tədbir çərçivəsində qonaqlarla birlikdə JAC Trucks Servis Mərkəzinə ekskursiya təşkil olunub. Burada yük avtomobillərinin texniki baxım və təmir prosesi, həmçinin orijinal ehtiyat hissələrinin geniş çeşidi barədə ətraflı məlumat verilib. Servis mərkəzi müasir avadanlıqlarla təchiz olunmuş, müştərilərə keyfiyyətli və operativ xidmət göstərmək üçün tam hazır vəziyyətdədir.
JAC Trucks müştərilərinə uzunmüddətli zəmanət və satışdan sonrakı xidmətlər təqdim edərək, kommersiya avtomobillərinin uzunömürlü və sərfəli istifadəsini təmin edir.
Siz də JAC Trucks yük avtomobilləri ilə yaxından tanış olmaq istəyirsinizsə Hökməli qəs., Şamaxı şosesi, 15-ci km.ünvanında yerləşən yeni JAC Trucks Satış Mərkəzinə yaxınlaşa bilərsiniz.
Əlaqə məlumatları:
(051) 280-50-73
(010) 260-88-01
Hökməli qəsəbəsi, Şamaxı şossesi, 15-ci km
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 4 d. əvvəl
-
- 13 d. əvvəl
- 17 d. əvvəl
-
34 d. əvvəl
Azərbaycana 4 ayda təxminən 100 milyon dollarlıq buğda idxal olunub -10 FAİZ ARTIB
- 56 d. əvvəl
-
59 d. əvvəl
Əczaçılıq məhsullarının idxal dəyəri artıb, həcmi azalıb - 4 AYDA 170 MİLYON DOLLARLIQ İDXAL
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Rəsmi məzənnələr açıqlandı
Azərbaycana tütün və tütün məmulatlarının idxalı 20% artıb
Kərə yağı idxalı azalıb, bitki yağlarının idxalı isə artıb
Ən çox oxunanlar
Süd və qaymaq idxalı 54,9% artıb
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 25 GÜN
Yeyinti məhsullarının idxalı 46,3 milyon dollar artıb
Tramp: Sabah İrana hücum etməyəcəyik
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Şəkər ixracı 4 dəfədən çox artıb






.jpg)
.jpg)










.jpg)





