Avtomobil istehsalçılarının səhmləri Trampın açıqlamasından sonra ucuzlaşır
Almaniyanın avtomobil istehsalçıları Volkswagen, BMW, Mercedes-Benz, Porsche və təkər istehsalçısı Continental 27 Mart Cümə axşamı günü bazar dəyərini 4,5 milyard avro (4,84 milyard dollar) itiriblər.
Marja xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
Qeyd edilib ki, Nyu-York Birjasında General Motors-ın səhmləri 9,2%, Ford-ın səhmləri isə 2,7% ucuzlaşıb. Toyota-nın səhmləri isə Tokio birjasında 4% dəyərdən düşüb.
Bu, ABŞ prezidenti Donald Trampın ABŞ-a idxal edilən bütün xarici istehsal avtomobillərə və ehtiyat hissələrinə 25% rüsum tətbiq edəcəyini söyləməsindən sonra baş verib. İnvestorlar elektrikləşdirmənin yavaş artımı və yüksək logistika xərcləri ilə onsuz da çətin vəziyyətdə olan sənayedə daha yüksək xərclər və fəsadlar yaranacağından narahatdırlar.
Reuters qeyd edib ki, yeni tariflər ABŞ-da avtomobilin orta qiymətini minlərlə dollar artıra bilər ki, bu da Donald Trampın istehlakçı inflyasiyası ilə mübarizə vədlərinə ziddir.
GlobalData araşdırma şirkətinin məlumatına görə, keçən il ABŞ-da satılan bütün avtomobillərin təxminən yarısı idxal edilib.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 3 saat əvvəl
-
- 4 saat əvvəl
-
5 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz

























