"Bank Melli İran" Bakı filialı maliyyə vəziyyətini açıqlayıb
"Bank Melli İran" Bakı filialı 2025-ci ilin 1-ci rübünü (yanvar-mart) 1 milyon 529 min manat xalis mənfəət ilə başa vurub. Filial 2024-cü ilin eyni dövrünü 2 milyon 490 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Bank Melli İran" Bakı filialının xalis mənfəəti 2025-ci ilin birinci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 961 min manat və ya 38,6% azalıb.
Marja.az Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, "Bank Melli İran" Bakı filialının faiz gəlirləri 2024-cü ilin ilk rübündə 1 milyon 152 min manat ikən, 2025-ci ilin ilk rübündə 1 milyon 384 min manat təşkil edib.
2025-ci ilin 1-ci rübündə "Bank Melli İran" Bakı filialının cəmi əməliyyat gəlirləri 2 milyon 10 min manat, cəmi əməliyyat xərcləri 481 min manat təşkil edib. Aktivlər üzrə ehtiyatların yaradılmasına ayırmalardan qayıdan məbləğ ötən ilin ilk rübündə 1 milyon 779 min manat ikən, 2025-ci ilin ilk rübündə 538 min manat təşkil edib. Bu məbləğin azalması Filialın mənfəətinin düşməsinə səbəb olub.
Xatırladaq ki, 2024-cü ilin 1-ci rübündə "Bank Melli İran" Bakı filialının cəmi əməliyyat gəlirlər 2 milyon 943 min manat, cəmi əməliyyat xərcləri 452 min manat təşkil etmişdi.
"Bank Melli İran" Bakı filialının cəmi aktivləri 2024-cü ilin sonu ilə müqayisədə ilk rübdə 870 min manat artaraq 31 Mart 2025-ci il tarixində 119 milyon 977 min manata çatıb. Filialın maliyyə institutlarından alınacaq vəsaitləri 14,2% artaraq 46 milyon 574 min manata yüksəlib. 31 Mart 2025-ci il tarixində "Bank Melli İran" Bakı filialı 1 milyon 205 min manat kredit portfelinə (müştərilərə verilmiş kreditlər) malik olub. Eyni tarixə, Filialın qiymətli kağızlara investisiyaları isə 27 milyon 409 min manat təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 1 saat əvvəl
-
-
1 saat əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
2 saat əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 3 saat əvvəl
-
4 saat əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
4 saat əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Ən çox oxunanlar
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti



















.jpg)




.jpg)



