TuranBank gender bərabərliyini təşviq edən strateji layihəni uğurla tamamlayıb - FOTO/VİDEO
(®) Ölkənin aparıcı banklarından biri olan TuranBank maliyyə sektorunda gender bərabərliyinin təşviqinə yönəlmiş strateji layihəni uğurla başa vurub.
FİNMA tərəfindən tənzimlənən İsveçrənin aparıcı Enabling Qapital fondu və Amerika Birləşmiş Ştatlarının ən məşhur universitetlərindən biri olan Kolumbiya Universitetinin “Beynəlxalq və İctimai İşlər Məktəbi”nin uzunmüddətli əməkdaşlığı çərçivəsində həyata keçirilən bu layihə təhlil və praktiki metodları birləşdirərək maliyyə sektorunda daha inklüziv təcrübələrin dəstəklənməsini təmin edir.
Layihə çərçivəsində, cari ilin 14-19 mart tarixlərində Enabling Qapital fondunun vasitəçiliyi ilə Kolumbiya Universitetinin magistratura səviyyəsində təhsil alan 7 tələbəsi Azərbaycana səfər edərək TuranBank-da praktiki araşdırmalar aparmaq imkanı əldə ediblər. Tələbələr Bankın baş ofisi ilə yanaşı, filiallarda fəaliyyət göstərən qadın rəhbər heyəti ilə görüşlər keçirərək Bankın idarəetmə strukturlarında qadınların rolu, iş yerində gender bərabərliyi prinsiplərinin tətbiqi ilə bağlı ətraflı məlumat əldə ediblər. Həmçinin Bankın qadın sahibkarlara verdiyi dəstək, güzəştli maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və biznes sahəsində qadınların iqtisadi səmərəliliyinin artırılması istiqamətində həyata keçirilən tədbirlərlə bağlı fikir mübadiləsi aparıblar.
19 mart 2025- ci il tarixində layihənin yekun təqdimatı keçirilib və Bankın gender bərabərliyinə dair həyata keçirdiyi təşəbbüslərin nəticələri, əldə edilən əsas nailiyyətlər və gələcəkdə bu istiqamətdə tətbiq ediləcək təkmilləşdirmələr barədə bankın rəhbərliyi ilə ətraflı müzakirələr aparılıb. Sonda Bankın bu sahədəki fəaliyyətinin gücləndirilməsi üçün konkret fəaliyyət planı təqdim olunub. Fəaliyyət planı çərçivəsində nəzərdə tutulan tədbirlər arasında təhsil proqramları, mentorluq layihələri və gender əsaslı ayrı-seçkiliyin qarşısını almağa yönəlmiş hüquqi mexanizmlərin gücləndirilməsi yer alıb.
TuranBank-ın İdarə Heyətinin sədri Orxan Qarayev layihənin əldə etdiyi nəticələri yüksək qiymətləndirərək, bu istiqamətdə fəaliyyətin daha da gücləndiriləcəyini vurğulayıb: “Biz gender bərabərliyini yalnız bir siyasət kimi deyil, inkişaf strategiyamızın əsas sütunlarından biri kimi dəyərləndiririk. İnklüziv və dəstəkləyici bir mühit yaradaraq, biz hər bir əməkdaşımıza, cinsindən asılı olmayaraq, inkişaf etmək imkanı təmin edirik. Eyni zamanda, qadın sahibkarların ölkə iqtisadiyyatındakı rolunun artırılması və güzəştli maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi istiqamətində daim dəstəkləyici tədbirlər görürük. TuranBank olaraq, işgüzar sahədə gender bərabərliyi və qadınların iqtisadi səmərəliliyinin artırılması istiqamətində səylərimizi bundan sonra da davam etdirəcəyik.”
Enabling Qapital Fondunun nümayəndəsi Farida Abdulhafizova Fondun bu sahədə davam edən öhdəliyi çərçivəsində maliyyə institutlarında gender bərabərliyinin vacibliyini vurğulayıb:
“Biz, TuranBank-ın gender bərabərliyinin yalnız bir siyasət deyil, həm də Bankın əsas dəyər prinsiplərindən biri olması ilə bağlı yanaşmaları ilə həmfikirik. Tədqiqatlar göstərir ki, güclü qadın sahibkarları və əməkdaşları olan maliyyə qurumları daha uğurlu nəticələr əldə edirlər. Bu məqsədlə, biz Kolumbiya Universitetinin “Beynəlxalq və İctimai İşlər Məktəbi” ilə birgə maliyyə institutlarına bu potensiallarını aktiv həyata keçirməyə dəstək olmaq üçün fəaliyyət planı hazırladıq.”
Məlumat üçün bildirək ki, TuranBank, öz fəaliyyətində gender bərabərliyinə xüsusi diqqət ayırır və beynəlxalq tərəfdaşların dəstəyilə həyata keçirilən bu kimi layihələrin Azərbaycanda qadınların iqtisadi həyatdakı rolunu artırmağa və onların biznes sahələrində daha fəal iştirakını dəstəkləməyə töhfə verəcəyinə əmindir.
Ölkənin lider banklarından olan TuranBank 22 satış nöqtəsilə müştərilərin xidmətindədir. Bankın təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı 935 çağrı mərkəzinə zəng edərək, TuranBank-ın rəsmi veb səhifəsini və ya sosial şəbəkələrdəki səhifələrini izləyərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
6 saat əvvəl
Geosiyasi gərginliyin artması fonunda qızılın qiyməti 2% də yüksəldi - 4800 DOLLARA YAXINLAŞIR
-
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
8 saat əvvəl
Dövlət Neft Fondu “BlackRock” və onun şirkətilə niyyət protokolu imzaladı
- 9 saat əvvəl
-
10 saat əvvəl
Azərbaycanın iri bankı səhmlərinin bir hissəsini kütləvi şəkildə investorlara təklif edəcək - İPO
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
Dünyanın ən böyük mədənçilik şirkətinin yaradılması məqsədilə danışıqlar aparılır
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Geosiyasi gərginliyin artması fonunda qızılın qiyməti 2% də yüksəldi - 4800 DOLLARA YAXINLAŞIR
İlham Əliyev Qətərin Baş naziri ilə görüşüb
Azərbaycanın iri bankı səhmlərinin bir hissəsini kütləvi şəkildə investorlara təklif edəcək - İPO
İlham Əliyev Avropa Bankının prezidenti ilə görüşüb
Ən çox oxunanlar
Tarixdə ilk dəfə gümüşün qiyməti 95 dolları keçib
"Revolut" Dünyanın ən sürətlə böyüyən markasıdır
NVIDIA dünyanın 5-ci ən dəyərli markası oldu - Marka dəyəri 110% artaraq 184 milyard dolları keçib
Əliyev və Bərzani görüşüb
Azərbaycan və Finlandiya prezidentləri görüşüb
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
Mercedes GLB-nin Macarıstanda istehsalına başlanılıb
























