“PAŞA Bank” "Aksiz markasının verilməsinə görə" rüsumun onlayn ödənişini təqdim edən ilk bank oldu
(®) Azərbaycanın aparıcı korporativ maliyyə institutu “PAŞA Bank" “Aksiz markasının verilməsinə görə" dövlət rüsumunun ödəniş xidmətini onlayn formada təqdim edən ilk bank oldu.
Artıq sahibkarlar "PAŞA Bank Biznes" veb platforması vasitəsilə dövlət rüsumlarının ödənişini Hökumət Ödəniş Portalı (HÖP) üzərindən e-bildiriş əsasında icra edə bilərlər.
Bank bu təşəbbüsü Maliyyə Nazirliyinin "Dövlət rüsumlarının elektron idarə edilməsi (e-rüsum)" informasiya sisteminin yaradılması və HÖP ilə inteqrasiyası tələbinə əsasən həyata keçirib. Bu yenilik ödəniş prosesini sadələşdirərək vaxt və resurslara qənaət etməyə imkan verir.
Qeyd edək ki, dövlət rüsumlarının elektron idarə edilməsi (e-rüsum) informasiya sistemi üzrə ödəniş növlərinə aşağıdakılar daxildir:
- Aksiz markasının verilməsinə görə;
- Məcburi nişanlamanın verilməsinə görə: məcburi nişanlanmalı olan digər mallara məcburi nişanlanmanın verilməsinə görə;
- Məcburi nişanlamanın verilməsinə görə: aksizli mallara məcburi nişanlanmanın verilməsinə görə;
- e-bildirişin təqdim edilməsinə görə xidmət haqqı.
Sahibkarlar qeyd olunan dövlət rüsumlarını artıq "PAŞA Bank Biznes" veb platforması vasitəsilə ödəyə bilərlər.
“PAŞA Bank” sadalanan dövlət rüsumlarının onlayn ödənişi xidmətini təqdim edən ilk bank olmaqla, bu addımı ilə hökumətin rəqəmsal idarəetmə təşəbbüslərinə uyğunlaşır və sahibkarlara maliyyə öhdəliklərini daha rahat, sürətli və asan şəkildə yerinə yetirməyə imkan yaradır. Bank, ölkədə real sektorun dayanıqlı inkişafını dəstəkləyən innovativ maliyyə həlləri ilə iqtisadi artıma, rəqabət qabiliyyətinin yüksəldilməsinə və qeyri-neft sektorunun inkişafına töhfə verir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 1 saat əvvəl
-
-
2 saat əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
2 saat əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 4 saat əvvəl
-
5 saat əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
5 saat əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Ən çox oxunanlar
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti




















.jpg)




.jpg)



