"Bank of Baku"nun xalis mənfəəti artıb
"Bank of Baku" ASC 2025-ci ilin 1-ci rübünü (yanvar - mart) 7 milyon 143 min manat xalis mənfəət ilə başa vurub. Bank 2024-cü ilin 1-ci rübünü 3 milyon 504 min manat xalis mənfəət ilə bağlamışdı.
Beləliklə, "Bank of Baku"nun xalis mənfəəti 2025-ci ilin 1-ci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyon 639 min manat və ya 2 dəfə artıb.
Marja.az xəbər verir ki, 2025-ci ilin ilk rübündə ötən ilin ilk rübü ilə müqayisədə "Bank of Baku"nun cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 5 milyon 787 min manat və ya 14,8% artaraq 44 milyon 838 min manat, cəmi əməliyyat xərcləri isə 2 milyon 810 min manat və ya 8,6% artaraq 35 milyon 313 min manat təşkil edib. "Bank of Baku"nun əməliyyat gəlirlərindəki artımın məbləği əməliyyat xərclərindəki artımın məbləğindən 2 milyon 977 min manat çox olduğu üçün əməliyyat mənfəəti də bir o qədər artıb.
2024-cü ilin 1-ci rübünün yekununda "Bank of Baku"nun əməliyyat mənfəəti 6 milyon 550 min manat ikən, 2025-ci ilin 1-ci rübündə 9 milyon 525 min manat təşkil edib. Həmçinin, mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan azad olan 339 min manat mənfəətə əlavə olunub (ötən ilin eyni dövründə Bank əməliyyat mənfəətindən 1 milyon 760 min manat ehtiyata ayırmışdı). Beləliklə, həm gəlirlərin artması, həm də ehtiyatdan qayıdan məbləğ "Bank of Baku"nun xalis mənfəətinin 2 dəfə artmasını təmin edib.
CƏMİ AKTİVLƏRİNİN HƏCMİ 1 MİLYARD MANATI KEÇİB
2024-cü ilin sonu ilə müqayisədə 2025-ci ilin 1-ci rübü ərzində "Bank of Baku"nun cəmi aktivləri 70 milyon 786 min manat və ya 7,6% artaraq 31 mart 2025-ci il tarixində 1 milyard 5 milyon 59 min manata çatıb. O cümlədən, Bankın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 16 milyon 619 min manat və ya 2,2% artaraq 777 milyon 43 min manata yüksəlib. Bankın qiymətli kağızlara investisiyaları 31 milyon 942 min manat və ya 72% artaraq 76 milyon 362 min manata qalxıb.
İlk rübdə "Bank of Baku"nun depozit portfeli 25 milyon 952 min manat və ya 4,4% artaraq 31 mart 2025-ci il tarixində 618 milyon 467 min manat təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 gün sonra
- 3 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
1 gün əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
1 gün əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
Azərbaycan Litva şirkətilə birgə fabrik yaradır
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 6 GÜN
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub























