“PAŞA Bank” “SME Banking Agency” tərəfindən 3 əsas nominasiyada birinciliyə layiq görüldü
(®) Azərbaycanın aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” kiçik və orta biznes sahiblərinə (KOS) təqdim etdiyi innovativ və müştəriyönümlü rəqəmsal həllərə görə 11 aprel 2025-ci il tarixində 3 nominasiyada beynəlxalq səviyyədə birinciliyə layiq görülüb.
“SME Banking Agency” tərəfindən KOS müştəriləri üçün qeydiyyat, onlayn və mobil bankçılığın inkişafına və effektivliyinə dair keçirilən beynəlxalq “Digital Banking 2025: Central Asian Countries” araşdırmasının nəticələrinə əsasən, “PAŞA Bank” Azərbaycan üzrə aşağıdakı sahələrdə 2025-cü ilin lider bankı seçilib.
- KOS müştəriləri üçün ən yaxşı onlayn qeydiyyat prosesi;
- KOS müştəriləri üçün ən yaxşı mobil tətbiq;
- KOS müştəriləri üçün ən yaxşı onlayn bank.
Qeyd edək ki, “PAŞA Bank” son illər ərzində rəqəmsal bankçılıq və biznes yönümlü xidmətlər sahəsində mühüm uğurlara imza atıb. 2024-cü ildə “SME Banking Agency” bankın onlayn platformasını ölkənin ən yaxşı biznes bankı, mobil tətbiqini isə 112 meyar əsasında ən yaxşı mobil bankı elan edib. 2023-cü ildə isə Bank “Azərbaycanın ən yaxşı internet bankı” nominasiyasında lider olub.
Bankın beynəlxalq səviyyədə qazandığı digər uğurlar sırasında 2024-cü ildə “Euromoney” tərəfindən “Azərbaycanın ən yaxşı KOS bankı”, 2025-ci ildə isə “International Investor” tərəfindən real sektorun dayanıqlı inkişafına verdiyi töhfəyə görə “Azərbaycanın ən yaxşı bankı” seçilməsi də yer alır.
Bu nailiyyətlər “PAŞA Bank”ın KOS-lara xüsusi diqqət yetirən müştəriyönümlü yanaşmasının, rəqəmsallaşmaya əsaslanan inkişaf strategiyasının və bizneslər üçün optimallaşdırılmış innovativ həllərinin bariz nümunəsidir. 2025-ci ilin “CustomerFirst” ili elan olunması isə bu yanaşmanın strateji əsasda davam etdirildiyini və müştəri məmnuniyyətinin Bank üçün əsas prioritet olduğunu bir daha təsdiqləyir. Rəqəmsal imkanlar vasitəsilə sahibkarlara təqdim edilən çevik və etibarlı maliyyə həlləri ölkənin iqtisadi inkişafına, qeyri-neft sektorunun güclənməsinə və rəqabət qabiliyyətinin artırılmasına mühüm töhfə verir.**
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 3 d. əvvəl
-
- 1 saat əvvəl
-
2 saat əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
2 saat əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 4 saat əvvəl
-
5 saat əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
5 saat əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
- 6 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Ən çox oxunanlar
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti

















.jpg)







