"Bank Respublika" ilk rübdə 14 milyon manatdan çox xalis mənfəət əldə edib
Ölkənin aparıcı banklarından biri olan "Bank Respublika", 2025-ci ilin birinci rübü üzrə maliyyə nəticələrini açıqlayıb.
Bankın yaydığı press-relizdə bildirilir ki, "Bank Respublika" ölkənin bank sektorunun liderlərindən biri olduğunu bir daha təsdiqləyib və fəaliyyətinin əsas istiqamətlərində dayanıqlı artım nümayiş etdirib.
Əldə olunan nəticələr müştəriyə yönəlik strategiya, rəqəmsal texnologiyalara aktiv investisiyalar, risklərin effektiv idarə olunması və biznes modelinin şaxələndirilməsi sayəsində mümkün olub.
Belə ki, Bank ötən ilin analoji dövrü ilə müqayisədə bütün əsas maliyyə göstəriciləri üzrə artım nümayiş etdirərək nəzərəçarpacaq müsbət nəticələr əldə edib:
2025-ci ilin birinci rübü üzrə əsas maliyyə göstəriciləri:
•Aktivlər 6,6% artaraq 2,2 milyard manata çatıb
•Məcmu kapital 32,4% artaraq 234,6 milyon manata yüksəlib
•Kredit portfeli 26,3% artaraq 1,5 milyard manata çatıb
•Xalis faiz gəlirləri 18,4% artaraq 40,93 milyon manat təşkil edib
•Xalis əməliyyat mənfəəti 7,9% artaraq 18,22 milyon manata çatıb
•Xalis mənfəət 7,1% artaraq 14,47 milyon manat təşkil edib
Maliyyə sabitliyinin mühüm göstəriciləri:
•I dərəcəli kapitalın adekvatlıq əmsalı — 9,55% (norma 6,5%)
•Məcmu kapitalın adekvatlıq əmsalı — 14,07% (norma 12,5%)
•Leverec əmsalı — 7,00% (norma 5%)
“Birinci rübdə bütün əsas maliyyə göstəriciləri üzrə əldə etdiyimiz artım bizim uzunmüddətli strategiyamızın nəticəsidir. Bu strategiya yeniliklərə, dayanıqlığa və müştərilər tərəfindən yüksək etimadın təmin olunmasına əsaslanır. Biz rəqəmsal həlləri inkişaf etdirməyə və həm pərakəndə, həm də korporativ bankçılıq sahəsində mövqelərimizi möhkəmləndirməyə davam edəcəyik” — deyə Bank Respublika-nın İdarə Heyətinin sədri Tariyel İsmayılov qeyd edib.
Qeyd etmək lazımdır ki, 2025-ci ilin birinci rübü ərzində Bank Respublika, müştəri xidmətinin keyfiyyətini artırmaq və məhsul çeşidini genişləndirmək məqsədilə bir sıra strateji təşəbbüsləri uğurla həyata keçirib. Xüsusilə rəqəmsal transformasiya sahəsində atılan addımlar, bank xidmətlərinin əlçatanlığını və operativliyini əhəmiyyətli dərəcədə artırıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 2 saat əvvəl
-
- 3 saat əvvəl
-
4 saat əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
4 saat əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 6 saat əvvəl
-
7 saat əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
7 saat əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
- 8 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Ən çox oxunanlar
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti




















.jpg)




