“Azərbaycan Dəmir Yolları”nda növbəti təyinat
Təchizat departamentinə yeni müdir təyin edilib.“Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) növbəti kadr dəyişikliyi olub. ADY-nin Təchizat departamentinin müdiri vəzifəsinə Fərid Hüseynov təyin edilib.
Bu barədə Marja.az ADY-ə istinadən xəbər verir.
Fərid Hüseynov 1988-ci ildə anadan olub. 2009-cu ildə Xəzər Universitetində “Maliyyə və kredit ixtisası” üzrə bakalavr, 2015-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində “Biznes təşkili və idarə edilməsi ixtisası” üzrə magistr təhsili alıb.
2009–2017-ci illərdə “Azərpoçt” MMC-də müxtəlif aparıcı və rəhbər vəzifələrdə çalışıb. Karyerasının növbəti mərhələsində 2017–2021-ci illərdə yerli logistika şirkətində mühasibatlıq və yük daşımaları üzrə məsul şəxs kimi fəaliyyət göstərib.
2021–2022-ci illərdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Radiotezliklər İdarəsinin təchizat və təsərrüfat işləri üzrə baş mütəxəssisi və şöbə müdiri vəzifələrini tutub.
ADY-də karyerasına 2022-ci ildə başlamış Fərid Hüseynov yeni təyinata qədər Təsərrüfat departamentinin müdiri vəzifəsini tutub.
Qeyd edək ki, Təchizat departamentinin müdiri Emil Pənahov karyerasında yeni mərhələyə başlamaq üçün ADY-dən ayrılıb. O, ADY-də 2023-cü ildə fəaliyyətə başlayıb, şirkətin inkişafına mühüm töhfələr verib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
9 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 5 saat sonra
-
- 16 saat əvvəl
- 17 saat əvvəl
-
18 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 18 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb






















