Azərbaycan bankı yeni Coca-Cola zavodunun tikintisi üçün kredit ayırıb - MƏBLƏĞ
Azərbaycanın aparıcı korporativ maliyyə institutu "PAŞA Bank" ölkə iqtisadiyyatının şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafını dəstəkləyən təşəbbüslərini davam etdirir.
Marja.az Bankın yaydığı məlumata istinadən xəbər verir ki, bu istiqamətdə atılan növbəti addım olaraq, Bank Azərbaycan Biznesinin İnkişafı Fondunun güzəştli kredit mexanizmi çərçivəsində İsmayıllı rayonunun Topçu kəndində "Azerbaijan Coca-Cola Bottlers" MMC-nin sərinləşdirici içkilər istehsal edəcək yeni zavodunun tikintisi üçün 10 milyon manat məbləğində kredit ayırıb.
Yeni zavod ildə 165 milyon litr sərinləşdirici içki istehsal etmək gücünə sahib olacaqdır. Zavodun işə salınması bu regionda 100-ə yaxın daimi iş yerinin yaradılmasına imkan verəcək.
"PAŞA Bank" İdarə Heyətinin sədri Cavid Quliyevin sözlərinə görə, Azərbaycan iqtisadiyyatının real sektorunun etibarlı maliyyə tərəfdaşı kimi, Bank ölkənin qeyri-neft sektorunun gücləndirilməsinə və real sektorun inkişafına öz töhfəsini verməyə davam edəcək.
"Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının prioritet istiqamətlərinə uyğun olaraq, “PAŞA Bank” istehsal, kənd təsərrüfatı, nəqliyyat və logistika, İKT və digər qeyri-neft sektorlarının əsas istiqamətləri üzrə həyata keçirilən layihələrdə daima iştirak edir. Ölkəyə beynəlxalq təcrübənin və müasir texnologiyaların gətirilməsi, yeni iş yerlərinin açılması, eləcə də real sektorda sahibkarın inkişafına təkan verən investisiya layihələrinin icrası “PAŞA Bank”ın əsas prioritetlərindən biridir. Əminəm ki, bu layihə Azərbaycanın qeyri-neft sektorunun şaxələndirilməsinə mühüm töhfə verəcək", - deyə, Quliyev bildirib.
“Azerbaijan Coca-Cola Bottlers" MMC-nin baş direktoru Rəna Məmmədova qeyd edib ki, 30 illik fəaliyyətini qeyd etdiyi zamanda bu sərmayə şirkətin inkişaf yolunda əlamətdar bir mərhələni ifadə edir.
“Yeni istehsal müəssisəmiz ölkəyə uzunmüddətli öhdəliyimizin, xarici biznes üçün münbit şəraitin olmasının və onun gələcəyinə olan inamımızın bariz göstəricisidir. Biz sadəcə bir şirkət deyil, həm də etibarlı tərəfdaşıq – müştəri və istehlakçılarımız üçün dəyər yaratmağa, əməkdaşlarımızı gücləndirməyə və xidmət etdiyimiz icmalara töhfə verməyə sadiqik. Bank tərəfdaşlarımızın güclü dəstəyi ilə bu mühüm addımı atmaqdan qürur duyuruq,” - deyə, Məmmədova bildirib.
Qeyd edək ki, “PAŞA Bank” bu il “International Investor” beynəlxalq nəşri tərəfindən “Azərbaycanın ən yaxşı bankı” elan edilib. Bank bu mükafata Azərbaycanın qeyri-neft sektorunda qazandığı uğurlara, ölkə iqtisadiyyatının, o cümlədən real sektorun və biznesin dayanıqlı inkişafına verdiyi töhfələrə görə layiq görülüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 2 saat əvvəl
-
- 3 saat əvvəl
-
4 saat əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
4 saat əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 6 saat əvvəl
-
7 saat əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
7 saat əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
- 8 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Ən çox oxunanlar
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti




















.jpg)



.jpg)



