"PAŞA Bank” ABA tərəfindən 5 mükafata layiq görülüb
Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən keçirilən "Bankçılıq mükafatları" müsabiqəsinin bir neçə nominasiyasının qalibi seçilib.
Belə ki, ölkədə bank sektorunun bütün iştirakçıları arasında keçirilən müsabiqədə maliyyə institutlarının 2024-ci il üzrə fəaliyyət nəticələri qiymətləndirilib. Assosiasiyanın ekspertləri tərəfindən verilən qərara əsasən “PAŞA Bank” 5 istiqamət üzrə nüfuzlu mükafata layiq görülüb. Belə ki, Bank, “Korporativ sosial məsuliyyət", “Maliyyə savadlılığı dəstəkçisi”, “Təhsil dəstəkçisi”, "Rəqəmsal ödənişlər sahəsində innovativ layihələrin tətbiqi” və “Dayanıqlı bankçılıq üzrə layihələr (ESG)” istiqamətlərində qalib elan olunub.
Xatırladaq ki, “PAŞA Bank”, ötən illərdə də ABA tərəfindən müxtəlif nominasiyalarda nüfuzlu mükafatlarla təltif edilib. Son illər ərzində “PAŞA Bank” ölkənin qeyri-neft sektorunun güclənməsi, real sektorun və sahibkarlığın dayanıqlı inkişafı istiqamətində mühüm təşəbbüslərlə çıxış edərək həm yerli, həm də beynəlxalq səviyyədə əhəmiyyətli töhfələr verib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 5 gün sonra
- 13 saat əvvəl
-
- 14 saat əvvəl
- 15 saat əvvəl
-
1 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
1 gün əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
1 gün əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 7 GÜN
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
Azərbaycan neftinin son qiyməti
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?


















.jpg)




