Ziraat Bank Azərbaycanın Müşahidə Şurasına yeni müstəqil üzv təyin edilib
Dünyanın bir çox ölkəsində fəaliyyət göstərən "Ziraat Maliyyə Qrupu"-nun tərkib hissəsi olan "Ziraat Bank Azərbaycan" ASC-nin Müşahidə Şurasına yeni müstəqil üzv təyin edilib.
Bank səhmdarlarının ümumi yığıncağının qərarına əsasən, Bülent Tekin "Ziraat Bank Azərbaycan" ASC-nin Müşahidə Şurasına müstəqil üzv seçilib. Bu təyinatla birlikdə Bankın Müşahidə Şurasının tərkibi 5 nəfərdən ibarət olub.
Yeni təyin edilən müstəqil üzv Bülent Tekin peşəkar karyerasına 1987-ci ildə T.C. “Ziraat Bankası”-nda başlamışdır. O, 1997-ci ildən etibarən müxtəlif rəhbər vəzifələrdə çalışmış və 2020-ci ildə təqaüdə çıxmışdır.
2025-ci il 9 Aprel tarixindən etibarən Bülent Tekin "Ziraat Bank Azərbaycan" ASC-nin Müşahidə Şurasının müstəqil üzvü kimi fəaliyyətə başlamışdır.
"Ziraat Bank Azərbaycan" ASC, 161 illik tarixə malik Türkiyə Respublikasının "Ziraat Maliyyə Qrupu"-nun üzvüdür. Bank, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Korporativ və pərakəndə bankçılıq sahəsində müasir məhsul və xidmətləri Bakı, Gəncə və Sumqayıtda yerləşən 10 filialı, Quba şöbəsi və eləcə də rəqəmsal platformalar vasitəsilə təqdim edir.
Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı Bankın Instagram, X-platforması, Linkedin, YouTube sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
9 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 5 saat sonra
-
- 16 saat əvvəl
- 17 saat əvvəl
-
18 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 18 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb






















