AZAL Antalya, Trabzon, Milan, Astana və Kişineu reyslərinin sayını artırır
Azərbaycanın milli aviadaşıyıcısı AZAL sərnişinlərə daha geniş səyahət imkanları təqdim etməyə davam edir. May ayından etibarən Bakıdan Antalya, Trabzon, Astana, Milan və Kişineu istiqamətlərində uçuşların tezliyi artırılacaq.
"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətinin yaydığı məlumatda bildirilri ki, sərnişinlərə daha çox seçim təklif etmək məqsədilə Türkiyənin Antalya və Trabzon istiqamətlərində reyslərin sayı çoxaldılır. Belə ki, mayın 1-dən Antalya marşrutu üzrə 4 reys əlavə olunacaq və bu istiqamətdə uçuşlar hər gün yerinə yetiriləcək. Trabzon istiqamətində isə mayın 12-dən reyslərin sayı həftədə 5 dəfəyə çatdırılacaq.
Bundan əlavə, 12 may tarixindən etibarən Bakı–Astana–Bakı marşrutu üzrə daha bir reys əlavə olunacaq və həftəlik uçuşların sayı 4-ə yüksəldiləcək.
Yay uçuş cədvəli çərçivəsində AZAL tərəfindən Avropa şəhərlərinə həyata keçirilən reyslərin tezliyi də artırılır. Belə ki, 1 aprel tarixindən Bakı–Milan–Bakı marşrutu üzrə reyslər həftədə 6 dəfə həyata keçirilir, 13 may tarixindən etibarən isə bu istiqamətdə gündəlik uçuşlar yerinə yetiriləcək.
Artan tələbatı nəzərə alaraq 2025-ci ilin aprel ayından Bakı–Kişineu–Bakı marşrutu üzrə reyslərin sayı həftədə 5 dəfəyə çatdırılıb. Mayın əvvəlindən bu istiqamətdə uçuşlar həftədə 6 dəfə, 12 may tarixindən isə gündəlik həyata keçiriləcək.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 6 saat əvvəl
-
- 6 saat əvvəl
-
8 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz

























