"Ziraat Bank Azərbaycan"nın ilk şöbəsi fəaliyyətə başlayıb
14:42 - "Ziraat Bank Azərbaycan" ASC ilk şöbəsi fəaliyyətə başlayıb.
Marja xəbər verir ki, yeni Quba şöbəsi müştərilərin istifadəsinə təqdim edilib.
Quba regional "ASAN xidmət" mərkəzində yerləşən yeni şöbədə həm fiziki, həm korporativ müştərilər bank xidmətlərindən faydalana bilərlər.
Bankın Quba şöbəsi bazar ertəsi-cümə günləri mərkəzin iş rejiminə uyğun fəaliyyət göstərir.
Qeyd edək ki, hazırda "Ziraat Bank Azərbaycan"ın Baş ofisi və Müştəri Xidmətləri Departamentindən əlavə 9 filialı və 1 şöbəsi fəaliyyət göstərir.
XXX
14:58 -Ziraat Bank Azərbaycan regionlardakı fəaliyyətini genişləndirir
Ziraat Bank Azərbaycan müştəri yönümlü strategiyası çərçivəsində regionlardakı fəaliyyətini genişləndirməyə davam edir. Bankın növbəti mühüm addımı – Quba regional "ASAN xidmət" mərkəzində yerləşən yeni şöbəsini müştərilərinin istifadəsinə verməsidir.
Marja.az xəbər verir ki, bu, Bankın yaydığı press-relizdə bildirilir.
Qeyd edilib ki, yeni açılan Quba şöbəsi həm fiziki, həm də korporativ müştərilərə gündəlik bank əməliyyatlarının rahat, sürətli və təhlükəsiz şəkildə həyata keçirmək imkanı yaradır. Şöbə müasir tələblərə cavab verən texnoloji avadanlıqlarla təchiz olunub və aşağıda qeyd edilən bir sıra xidmətləri müştərilərinə təqdim edir:
• Fiziki şəxslərə cari hesabların açılması;
• Hüquqi şəxslər və fərdi sahibkarlara hesabların açılması;
• Əmanətlərin qəbul edilməsi;
• Bankkart sifarişlərinin qəbulu;
• Nağdsız valyuta mübadiləsi əməliyyatları;
• Ölkədaxili və beynəlxalq pul köçürmələri;
• Kredit sifarişlərinin alınması.
Quba regional "ASAN xidmət" mərkəzində fəaliyyət göstərən yeni şöbə müştərilərə sürətli və səmərəli xidmət prinsipləri ilə fəaliyyət göstərir. Əlavə olaraq, rəqəmsal əməliyyatlar üçün xüsusi terminallar quraşdırılıb ki, müştərilər bu avadanlıqlardan istifadə edərək öz hesablarına nağd vəsait yerləşdirə bilirlər.
Quba şöbəsi bazar ertəsi-cümə günlər mərkəzin iş rejiminə uyğun fəaliyyət göstərir. Bu da müştərilərə iş saatları ərzində yüksək keyfiyyətli və operativ bank xidmətlərindən istifadə imkanı yaradır.
Ziraat Bank Azərbaycanın "ASAN xidmət"-lə əməkdaşlığı çərçivəsində istifadəyə verilən bu şöbə, bankın regionda müştəri xidmətlərini daha da əlçatan və rahat etmək məqsədi daşıyır.
"Ziraat Bank Azərbaycan" ASC, 161 illik tarixə malik Türkiyə Respublikasının "Ziraat Maliyyə Qrupu"-nun üzvüdür. Bank, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Korporativ və pərakəndə bankçılıq sahəsində müasir məhsul və xidmətləri Bakı, Gəncə və Sumqayıtda yerləşən 10 filialı, Quba şöbəsi və eləcə də rəqəmsal platformalar vasitəsilə təqdim edir.
Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı Bankın Instagram, X-platforması, Linkedin, YouTube sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 2 saat əvvəl
-
- 3 saat əvvəl
-
4 saat əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
4 saat əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 6 saat əvvəl
-
7 saat əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
7 saat əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
- 8 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Ən çox oxunanlar
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti



















.jpg)



.jpg)




