İri şirkətlər qrupu Bakı Fond Birjası ilə memorandum imzaladı
18 aprel 2025-ci il tarixində Bakı Fond Birjasının nümayəndə heyəti STP Şirkətlər Qrupunun nümayəndələri ilə Sumqayıt Texnologiyalar Parkında görüşüb.
Bu görüş STP Şirkətlər Qrupu ilə Bakı Fond Birjası arasında mövcud olan əməkdaşlıq memorandumu çərçivəsində baş tutub.
Memorandum eyni zamanda Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı və şirkətlərin yerli kapital bazarları vasitəsilə maliyyəşməsinin təşviqi istiqamətində atılmış addımların tərkib hissəsi olan Listinq Məsləhət Proqramını (LMP) da əhatə edir.
LMP çərçivəsində Bakı Fond Birjası iştirakçı şirkətin ehtiyaclarına uyğun birja fəaliyyəti və qiymətli kağız buraxılışı ilə əlaqədar məsləhət xidmətlərinə dəstək olur, LMP tərəfdaşlarının kapital bazarlarına dair təşkil etdiyi təlimlərə dəvət edir, üzv investisiya şirkətləri barədə iştirakçıya ətraflı məlumat verir, qiymətli kağızların emissiyası ilə bağlı digər tövsiyələr verir.
Sonda Bakı Fond Birjasının nümayəndə heyəti "STP Polyme" və "STP Global Cable" müəssisələrini ziyarət edərək hər iki şirkət arasında qurulmuş əməkdaşlığın gücləndirilməsi istiqamətində addımları müzakirə ediblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
2 saat əvvəl
Çin Boeing-dən 500 təyyarə sifariş edə bilər – tarixinin ən böyük satışlarından biri gözlənilir.
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə taxıl yüklü vaqonlar göndəriləcək
- 4 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
İran Prezident İlham Əliyevə zəng edib - “Naxçıvanın atəşə tutulmasının İranla əlaqəsi yoxdur”
-
1 gün əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
- 1 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Çin Boeing-dən 500 təyyarə sifariş edə bilər – tarixinin ən böyük satışlarından biri gözlənilir.
Küveyt neft istehsalını azaltmağa məcbur oldu
Xameneinin oğlu Müctəba Xamenei İranın Ali Rəhbəri seçilib
İran Prezident İlham Əliyevə zəng edib - “Naxçıvanın atəşə tutulmasının İranla əlaqəsi yoxdur”
Ən çox oxunanlar
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
“Coca-Cola” qadın jurnalistləri təbrik edir
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
10 mart tarixi üçün Dolların rəsmi məzənnəsi müəyyən olunub






















