Rəsmi idxalçı sərgi hissəsi 1000 kv.m olan avtomobil satışı mərkəzi açacaq
Təxminən Avqust ayının sonlarında Babək prospekti 37 ünvanında inşa olunan "Li Auto"nun əsas satış mərkəzi avtomobil sevənlərin istifadəsinə veriləcək.
Marja.az xəbər verir ki, bunu "Efendiler Group" şirkətinin icraçı direktoru Amal Əlili bildirib.
Onun sözlərinə görə, mərkəzin yalnız sərgi hissəsi 1000 kv.m civarında olacaqdır.
Xəbər verdiyimiz kimi, "Li Auto" brendinin Azərbaycanda yeganə rəsmi idxalçısı olan "Efendiler Group" şirkəti öz şəhər şourumunu avtomobil sevənlərə təqdim edib. Bu şourum 2-ci dərəcəli satış mərkəzi əhəmiyyəti daşıyır.
"Li Auto"nun rəsmi servis mərkəzi Babək prospekti, 35K ünvanında yerləşir və artıq 1 aydır ki, fəaliyyət göstərir, böyük və təcrübəli komanda ilə həftənin 6 günü müştərilərin xidmətindədir.
Şəhər şourumu Aşıq Molla Cümə küçəsi 44B ünvanında yerləşir. Hal-hazırda müştərilər üçün 4 il və ya 100 000 km rəsmi zəmanəti olan, 42 000 dollardan başlayan qiymətlər ilə L6, 48 000 dollardan başlayaraq L7 və 63 500 dollardan başlayaraq L9 modelləri təqdim olunur. Yaxın gələcəkdə model cərgəsinin genişləndirilməsi planlaşdırılır və Li i8, eləcə də Li Mega modelləri kimi yeni nəsil avtomobillərin təqdimatı olacaqdır.
Qeyd edək ki, "Efendiler Group" şirkəti "Li Auto" brendinin Azərbaycanda yeganə rəsmi idxalçısıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 5 d. əvvəl
-
21 d. əvvəl
Azərbaycanın Rusiya və Türkiyə ilə idxal - ixracının həcmi azalıb
- 44 d. əvvəl
-
55 d. əvvəl
Azərbaycandan Ermənistana ixracın həcmi 10 milyon dollara yaxınlaşıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Alibaba Group" daha güclü "Zhenwu" süni intellekt çipini və yeni böyük dil modelini təqdim edib
-
1 saat əvvəl
Samsung-un 47 min əməkdaşından tətil qərarı - Şirkətin səhmləri 3 faiz ucuzlaşıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
FOMİNOV CONSULTİNG və Sigma Software Group Azərbaycan üzrə tərəfdaşlığını bəyan edir
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla münaqişə "çox tez" bitə bilər
"Alibaba Group" daha güclü "Zhenwu" süni intellekt çipini və yeni böyük dil modelini təqdim edib
Ən çox oxunanlar
"Milla Dairy" və Danone strateji əməkdaşlığı genişləndirir
FOMİNOV CONSULTİNG və Sigma Software Group Azərbaycan üzrə tərəfdaşlığını bəyan edir
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu














.jpg)







