Bakıda Porsche-nin butik salonu açıldı
10 Sentyabr 2017-ci il tarixində, Almaniyanın Porsche avtomobil markasının Azərbaycanda rəsmi idxalçısı "Əfəndilər" şirkəti Bakının mərkəzində “Porsche City Center” adlı butik salonu istifadəyə verib. Salon Neftçilər prospekti, 111 ünvanında (Kukla teatrının yaxınlığı) yerləşir.
“Marja” xəbər verir ki, salonda Porsche avtomobilləri, Porsche Driver’s Selection geyim və aksessuarlar kolleksiyası nümayiş olunur. Porsche müştəriləri uzağa getmədən bu salonda öz Porsche-sini seçə bilər.
Qeyd edək ki, Azərbaycanda Porsche avtomobillərinin əsas satış mərkəzi olan Porsche Bakı Mərkəzi mərkəzdən kənarda, Mikayıl Əliyev küç.,7 ünvanında (Bakı Neft ) fəaliyyət göstərir.
Açılış rəmzi olan qırmızı lenti kəsən şirkət nümayəndəsi Fuad Əliyev öz çıxışında bildirib: “Bu salon Porsche avtomobilləri ilə maraqlananların rahatlığı üçün təşkil olunmuşdur. Biz əminiki ki, yeni salonumuz, Porsche avtomobillərinin Azərbaycanda daha da tanınmasında və öz əvəzolunmaz, qeyri-adi cazibəsini əks etdirməsində xüsusi rol oynayacaqdır”.
Porsche AG- Almaniyanın avtomobil şirkətlərindən biridir və baş ofisi Ştutqart şəhərində yerləşir. Şirkətin əsası məşhur konstruktor Ferdinand Porşe tərəfindən 1931-ci ildə dizayn-büro kimi qoyulmuşdur. Hal-hazırda isə Porsche, 718, 911, Panamera, Macan və Cayenne modellərini istehsal etməkdədir.
“Əfəndilər” MMC 2006-cı ildən Porsche AG-nin Azərbaycanda rəsmi idxalçısıdır. Porsche avtomobillərinin satışını, texniki xidmətini və ehtiyat hissələri ilə təminatını Mikayıl Əliyev, 7 ünvanında 3S mərkəzində (Porsche Bakı Mərkəzi) və Neftçilər prospekti, 111 ünvanında 1S salonda həyata keçirməkdədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 19 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Ən çox oxunanlar
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib





















