Həyat yoldaşı ilə biznesə başladı, indi son model zavodu var
Zaqatala rayonunun Qazangöl qəsəbəsində 2015-ci ildən fəaliyyət göstərən “Fruits company” MMC fındıqçılıq sahədə yaxşı uğurlar qazanıb.
"Marja" xəbər verir ki, müəssisənin direktoru Vüqar Haqverdiyev Zaqatalada doğulub. Ali təhsilini başa vurandan sonra həyatını fındıqçılığa bağlayıb. İlk vaxtlar həyətində kiçik sex yaradıb. Həyat yoldaşı ilə birlikdə 8-10 nəfər qadını da işə cəlb edib fındığın qurudulub satışa hazırlanmasını həyata keçiriblər. Maliyyə imkanları artdıqca fəaliyyətini genişləndirib. Hazırda son model texnologiyalarla təchiz olunmuş zavoda rəhbərlik edir. Müəssisə “Lazer-sirteks” seçici aparatlarla da təmin olunub.
Burada il ərzində fermerlərdən məhsul qəbul edilir, qurudulub emal prosesindən keçdikdən sonra təxminən 99 faizi xaricə ixrac olunur. Almaniya, İtaliya, Polşa və Rusiya məhsulun ixrac olunduğu əsas ölkələrdir. Keçən il 1500 ton fındıq ixrac olunub. Cari ildə ixracın 3000 tona çatdırılması hədəf götürülüb.
Fındığın qəbulu ilə kişilər məşğul olur. Çeşidləmə sexində 40 nəfərə qədər qadın çalışır, zəhmət haqlarından əlavə çay və günorta yeməyi ilə təmin olunurlar.
Sahibkar deyir ki, fındıq itkiyə az gedən məhsullardandır. Qabığından da istifadə olunur. Emalı zamanı qabığından enerji mənbəyi kimi istifadə edilir. Ətraf ərazilərdə yaşayanlar da qışda istilik məqsədilə istifadə üçün kisələrlə fındıq qabığını pul verib alırlar.
V.Haqverdiyevin özünün də 10 il əvvəl əkilmiş fındıq bağı var. Artıq ağaclar məhsula düşüb. İki ərazidə əkilən bağlar ümumilikdə 8 hektardır. Həmin bağlardan ildə 7-8 ton fındıq yığılır.
Hazırda Azərbaycanda fındıq bağlarının aahəsi təqribən 30 min hektardır. Əlavə 40 min hektarda fındıq bağlarının salınması qarşıya məqsəd qoyulub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 12 d. əvvəl
-
-
23 d. əvvəl
FOMİNOV CONSULTİNG və Sigma Software Group Azərbaycan üzrə tərəfdaşlığını bəyan edir
-
24 d. əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
-
9 saat əvvəl
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının fəaliyyətilə bağlı yeni məlumat
- 12 saat əvvəl
-
12 saat əvvəl
Barclays: Robotlar Çinin işçi qüvvəsi itkisinin 60 faizini kompensasiya edə bilər
-
12 saat əvvəl
Azercell “Baku Flames” festivalında ilin “Ən Yaxşı Yerli Brend”i seçildi
-
12 saat əvvəl
AIREX 2026: Azərbaycan beynəlxalq daşınmaz əmlak sərgisinə ev sahibliyi edəcək
-
14 saat əvvəl
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
- 14 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
"Milla Dairy" və Danone strateji əməkdaşlığı genişləndirir
Ən çox oxunanlar
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
1 gündə 500-ə yaxın sığortalı zərər görüb
Azərbaycanda daha bir aqropark yaradılıb
"İnvestAZ" ADPU Quba filialında seminar keçirib
Nazir Nəbiyev Dünya Bankının nümayəndə heyəti ilə görüşüb






.jpg)








.jpg)







