Naxçıvanda investorlar üçün yeni interaktiv portal istifadəyə verilib
Aprelin 30-da Sahibkarlar günü"nə və 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Konstitusiya və Suverenlik - Naxçıvanda sahibkarlığın inkişafı” mövzusunda keçirilən konfransda “İnvest in Nakhchivan” veb səhifəsinin təqdimatı keçirilib.
Təqdimat zamanı Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin əməkdaşı Elşən Cəfərli bildirib ki, “2023–2027-ci illər üçün Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı"nda nəzərdə tutulan "Invest in Nakhchivan" veb-səhifəsinin hazırlanması istiqamətində reallaşdırılan 'nakhinvest.az' portalının əsas məqsədi Naxçıvanın investisiya potensialını tanıtmaq, investorları məlumatlandırmaq və investisiya cəlbini təşviq etməkdir.
Qeyd edilib ki, portal bir neçə bölmədən ibarətdir. Burada muxtar respublikanın iqtisadiyyatı haqqında, investisiya mühiti, investorlar üçün təşviqlər və dəstək tədbirləri, qüvvədə olan normativ-hüquqi qanunvericilik aktları, sahibkarlıq fəaliyyətinə necə başlamaq, iqtisadiyyatın sektorları üzrə investisiya imkanları, həmçinin hazır investisiya layihələri, özəlləşdirilməyə çıxarılan müəssisələr və sahələr üzrə təklif olunan layihələr haqqında məlumat verilib.
Həmçinin muxtar respublikada yaradılmış və yaradılması nəzərdə tutulan sənaye məhəllələri, sənaye parkları və iqtisadi zonalar və orada tətbiq edilən güzəştlər haqqında məlumatlar da yerləşdiriləcəkdir.
Bildirilib ki, portalı ziyarət edən sahibkarlar və investorlar öz təkliflərini də paylaşmaq imkanı əldə edəcəklər. Təqdim olunmuş investisiya layihələri qiymətləndiriləcək, onun texniki əsaslandırılması aparılacaq və bunların əsasında rəy veriləcəkdir. Muxtar respublikanın interaktiv xəritəsi vasitəsi ilə portalın ziyarətçiləri muxtar respublikanın rayonları üzrə ayrılıqda investisiya təklifləri və imkanları haqqında da məlumat əldə edə biləcəklər.
Portalda aidiyyəti dövlət orqanlarının internet ünvanlarına link vasitəsilə müraciət etmək olur.
Portal Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərir və istifadəçilərə interaktiv, funksional və şəffaf xidmət göstərməyi hədəfləyir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
8 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 12 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB






















