Cari ilin ilk rübündə 8 mindən çox avadanlığın idxalına xüsusi icazə verilib
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yaydığı məlumatda bildirilir ki, cari ilin yanvar-mart aylarında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) tərəfindən 42 hüquqi və fiziki şəxs tərəfindən ixrac (idxal) nəzarətinə düşən 11 626 ədəd müxtəlif markalı və modelli avadanlıqlara xüsusi icazə verilməsi ilə bağlı edilən müraciətlərə baxılıb.
Qanunauyğun olaraq həmin müraciətlər üzrə 8 085 ədəd avadanlığın idxalı ilə bağlı xüsusi icazə sənədinin verilməsi təmin olunub.
Eyni zamanda 6 müraciət üzrə 3 504 ədəd avadanlıq üçün edilən müraciətlərdə təqdim edilən sənədlər düzgün tərtib olunmadığından düzəliş edilərək yenidən müraciət üçün metodiki yardım edilib.
Bununla yanaşı, 36 ədəd avadanlıq üzrə icazə tələb olunmaması barədə müraciətçilər məlumatlandırılıb. Həmçinin 1 ədəd avadanlıq üçün edilən müraciət qanunauyğun olaraq aidiyyəti üzrə baxılma mərhələsindədir.
Qeyd olunan dövrdə hüquqi və fiziki şəxslər tərəfindən 454 ədəd avadanlığın mülki dövriyyəsinə xüsusi icazələrin alınması, o cümlədən onlara verilmiş icazələrin ləğvi üçün 58 müraciət edilib. 353 ədəd avadanlıq üçün edilən 43 müraciətə müsbət cavab verilib. 12 müraciət üzrə 84 ədəd avadanlığın mülki dövriyyəsinə tələb olunan sənədlər düzgün təqdim edilmədiyi üçün düzəliş olunaraq yenidən müraciət olunması barədə metodiki yardım edilib.
Bununla yanaşı, 8 ədəd avadanlıq üçün xüsusi icazə verilməsi ilə bağlı edilən 3 müraciət qanunauyğun olaraq aidiyyəti üzrə baxılma mərhələsindədir. Həmçinin verilmiş icazənin ləğvi üçün edilən müraciətlər üzrə 9 avadanlığın xüsusi icazəsinin ləğv olunması təmin edilib.
Xatırladaq ki, 2024-cü ilin mart ayında İKTA tərəfindən “Radioelektron vasitələrə verilən icazələr” elektron xidməti (https://e-permission.icta.az) istifadəyə verilib. Elektron xidmətin tətbiqi müraciətlərin daha sürətli və effektiv cavablandırılmasını mümkün edib.
Həmçinin 2025-ci ilin yanvar-mart ayları ərzində “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 19.6.4-cü maddəsinə uyğun olaraq sürətli poçt xidmətinin göstərilməsi üçün 75 müraciət üzrə lisenziyanın alınması üçün təqdim edilən ərizəyə əlavə olunan sənədlərdə göstərilən məlumatların uyğunluğunun qiymətləndirilməsi təmin olunub.
Nəticədə 72 ünvanda sürətli poçt xidmətinin göstərilməsi üçün müraciətlərə müsbət cavab verilib. Digər 3 müraciətlə bağlı isə müsbət rəy verilməyib.
Qeyd edək ki, telekommunikasiya və poçt rabitəsi sahəsində tənzimləyici olan İKTA bu sahələrin inkişafı üçün qanunvericilik və nizamnamə çərçivəsində fəaliyyətini davam etdirəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
22 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB























