"Bu təklif bankları üstün mövqeyə çıxarır"
Banklar Assosiasiyasın ipoteka qanunvericiliyinə dəyişiklik edilməsi barədə təkliflər hazırlayıb. Təkliflər qəbul ediləcəyi halda ipoteka krediti alan şəxs ödənişləri yubadarsa, o zaman bank məhkəməyə müraciət etmədən həmin vətəndaşın mənzilini hərraca çıxarıb satmaq hüququna malik olacaq.
Eyni zamanda, bu halın yeni ipoteka müqavilələrinə daxil edilməsi və kredit götürən şəxsin ödənişi yubatdığı halda öncədən məhkəməsiz öz əmlakını satışına razılıq verməsi də təklif edilir.
İqtisadçı Vüqar Bayramov bildirb ki, Assosiasiyanın bu təklifləri hansı ölkənin və ya ölkələrin təcrübəsinə əsasən hazırladığın müəyyənləşdirmək çətindir:
"Amma başqa dövlətlərdə məhkəmə qərarı olmadan əmlakın satışa çıxarılması praktikasına çox az rast gəlinir. Bu dəyişikliklərin qəbul edilməsi ipoteka kredit götürüb mənzil alanların ödənişi yubatdığı halda illər ilə ödəniş etdiyin evin qısa zamanda satılmasına səbəb ola bilər. Məsələn, vətəndaş ipoteka krediti ilə mənzil alıb, bir neçə il ödəniş edib, amma sonradan ondan asılı olan və ya olmayan səbəblərdən ödənişdə yubanmalar var. Əslində, bu halda banklar əmlakı satışa çıxarmağa deyil, həmin şəxsə ödənişini bərpa üçün daha münasib şərtlər və ya müəyyən zaman təklif etməyə çalışmalıdırlar. Eyni zamanda, əmlakın taleyi məhkəmə qənaətindən sonra icra qərarlarına uyğun həll edilə bilər. Təkliflər isə, bu halda bank tərəfindən mənzilin hərraca çıxarlmasına imkanın verilməsini nəzərdə tutur. Digər tərəfdən, bu hal ipotekaya müraciət edənlərin sayının azalmasına səbəb ola bilər. Çünki yeni təkliflər birbaşa bankları üstün mövqeyə çıxarır ki, bu da ipoteka kreditlərinə marağı azalda bilər".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 3 d. əvvəl
-
-
6 d. əvvəl
Əczaçılıq məhsullarının idxal dəyəri artıb, həcmi azalıb - 4 AYDA 170 MİLYON DOLLARLIQ İDXAL
- 9 d. əvvəl
- 22 d. əvvəl
- 25 d. əvvəl
- 32 d. əvvəl
- 34 d. əvvəl
- 1 saat əvvəl
-
11 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Azərbaycana çay idxalı 23% azalıb
Azərbaycana tütün və tütün məmulatlarının idxalı 20% artıb
Süd və qaymaq idxalı 54,9% artıb
Yeyinti məhsullarının idxalı 46,3 milyon dollar artıb
Tramp: Sabah İrana hücum etməyəcəyik
Ən çox oxunanlar
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Şəkər ixracı 4 dəfədən çox artıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Kartof ixracı 2 dəfədən çox artıb







.jpg)











.jpg)






