"Azəriqaz" rəsmisi: "Sayğaclarımızda heç vaxt ciddi bir problem yaşanmayıb"
İndiyə qədər "Gəncə Cihazqayırma Zavodu" ASC-nin istehsal etdiyi və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin tətbiq etdiyi qaz sayğaclarında ciddi bir problem yaşanmayıb.
Bunu “Azəriqaz”ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev jurnalistlərə açıqlamasında bildirib.
"Təbii ki, kiçik istisnalar hər zaman mövcuddur. Biz “Azəriqaz” "Gəncə Cihazqayırma Zavodu"nun istehsal etdiyi məhsullarla hələ ki, ciddi bir problem yaşamamışıq. Ümid edirik ki, bundan sonra da problem yaşamayacağıq. Bundan sonrakı addımlarımız da zavodun məhsullarının istehsalına rəvac verəcək”, - deyə o qeyd edib.
"Azəriqaz" rəsmisi deyib ki, indiyə qədər onlar zavoddan 500 minə yaxın qaz sayğacı və 300-ə yaxın ölçü qovşağı alıblar və tətbiq edirlər: “Artıq Bakı və Abeşon daxil olmaqla, Azərbaycanın istənilən regionunda bu sayğaclar tətbiq olunur. Onlar beynəlxalq standartlara uyğun istehsal olunur. Tələbatın artması nəzərə alınaraq, "Gəncə Cihazqayırma Zavodu"nun istehsal gücünü artırması gündəmdədir.
"Zavodun məhsullarına ona görə üstünlük verilib ki, ilk növbədə dövlət başçısı daim yerli sahibkarlığın stimullaşdırılması ilə bağlı dövlət qurumlarına göstərişlər verir. “Azəriqaz” da bunu nəzrə alaraq, məhz "Gəncə Cihazqayırma Zavodu" ilə əməkdaşlıq edir. Bunun üstünlükləri də var. Xaricdən idxal olunan cihazlarla bağlı hansısa problem yarananda onların təmirini həyata keçirə bilmirdik. Burada logistika çox böyük önəm daşıır. Təbii ki, belə sayğacların istehsalçı ölkəyə qaytarılması, təmiri və yenidən istismara buraxılması böyük prosesdir, maliyyə imkanlarına bağlı məsələdir. Bu baxımdan "Gəncə Cihazqayırma Zavodu" ilə problerm yaşammır. Çünki Azərbaycanda bu prosesin reallaşması daha tez və maliyyə baxımından daha uyğundür. Bu, eyni zamanda ölkədən xarici valyutanın çıxmasının qarşısını alır. Bu baxımdan da güman edirik ki, “Azəriqaz”ın "Gəncə Cihazqayırma Zavodu" ilə əməkdaşlığı çox böyük avantajdır. Eyni zamanda, zavodda xeyli sayda insan çalışır ki, bu da işsizlik probleminin aradan qaldırılmasında prioritet hesab olunur”, - deyə o əlavə edib.
© “Report”
Müştərilərin xəbərləri
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
40 d. əvvəl
Masallıda plastik taralar istehsal ediləcək - Sənaye Məhəlləsində yeni şirkət
-
- 52 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Böyük Britaniya şirkəti Azərbaycanda daha çox qızıl hasil etməyi proqnozlaşdırır
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Volt”, “Megastore” və “The Place”da istehlaka yararsız qida məhsulları aşkarlanıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb
Rusiyada xiyarın qiyməti ikiqat artıb
Ən çox oxunanlar
18-23° isti olacaq - Fevralın 19-da gözlənilən hava şəraiti
"Ziraat Bankası"nın xalis mənfəəti 60% artıb
Azərbaycan neftinin son qiyməti
“Yapı Kredi Bank Azərbaycan” hüquq bürosu xidmətlərinin satın alınması məqsədilə tender elan edir
Azərbaycanın Rusiyadan idxalının dəyəri 2 dəfə azalıb
























