"PAŞA Holding"in törəmə şirkətlərindən olan “Agro Dairy” şirkəti 10 illik yubileyini qeyd edib ®
PAŞA Holding-in törəmə şirkətlərindən olan “Agro Dairy” şirkəti fəaliyyətinin 10 illik yubileyini qeyd edib.
“Agro Dairy” şirkəti ölkədə ərzaq təhlükəsizliyinin təmin olunması və müvafiq dövlət proqramlarının icrası zərurətindən irəli gələrək 2014-cü ilin sonunda təsis edilmiş, 2015-ci ildən etibarən fəaliyyətə başlamışdır. Hazırda 14 ixtisaslaşmış müəssisəni özündə birləşdirən şirkət bu əlamətdar günü əməkdaşlarının iştirakı ilə təşkil olunan xüsusi tədbirlə qeyd edib.
Yubiley tədbirinə açılış nitqi ilə başlayan şirkətin Baş icraçı direktoru Niyazi Əmirbəyov bütün qonaqları salamlayaraq bildirib:
“Agro Dairy olaraq 10 il əvvəl fəaliyyətə başladığımız ilk gündən etibarən regionlarda istifadəsiz qalmış torpaq sahələrini bərpa edərək onları kənd təsərrüfatı üçün yararlı və yüksək məhsuldarlığa malik ərazilərə çevirməyə nail olmuşuq. Şirkətimiz yerli fermerlərin yüksək məhsuldarlığa malik və stress amillərinə davamlı toxumlara olan ehtiyacını qarşılayaraq, onlara birinci reproduksiyalı və sertifikatlaşdırılmış toxumlar təqdim etməklə daim dəstək göstərir. İllər öncə 100 nəfərə yaxın əməkdaşla başladığımız bu yolda bu gün artıq 3000 nəfərlik böyük bir komandaya çevrilmişik. Bu göstəricilər sübut edir ki, qarşıdakı illərdə sürətlə böyüyəcək və fəaliyyət sahəmizi daha da genişləndirəcəyik.
Ən böyük məmnuniyyətimiz odur ki, missiyamız, strategiyamız və hədəflərimiz Azərbaycanın və regionun ərzaq təhlükəsizliyinin təmin olunmasına yönəlib. İnanırıq ki, əməkdaşlarımızın səyi və partnyorlarımızla birgə atdığımız addımlar nəticəsində bu hədəflərə uğurla nail olacağıq."
Daha sonra Niyazi Əmirbəyov çıxış üçün PAŞA Holding-in Baş icraçı direktoru Cəlal Qasımova söz verib. Cəlal Qasımov “Agro Dairy” kollektivini 10 illik yubiley münasibətilə təbrik edərək bildirib ki, bu gün iqtisadi qeyri-müəyyənliklər, bazar rəqabətinin artması və xüsusilə təbiət amillərindən asılı olan bir sahədə fəaliyyət göstərərək 10 illik inkişaf yolunu uğurla keçmək və bu yubileyi qeyd etmək olduqca önəmli və dəyərli hadisədir.
O qeyd edib ki, bu illər ərzində göstərilən birgə əmək nəticəsində bu gün ölkənin aparıcı kənd təsərrüfatı şirkətlərindən birinin yubileyinə şahidlik etmək hər birimiz üçün böyük qürur mənbəyidir. “Agro Dairy” artıq 10 ildir ki, Azərbaycanın kənd təsərrüfatı sahəsində davamlı inkişafın əsas aparıcı qüvvələrindən biri kimi mühüm rol oynayır.
Şirkəti təbrik edən fəxri qonaqlar çıxışlarını yekunlaşdırdıqdan sonra, “Agro Dairy” şirkəti yarandığı gündən 10 illik fəaliyyəti dövründə çalışan əməkdaşlar xüsusi nominasiyalarla təltif olunublar.
Rəsmi hissənin başa çatması ilə proqram musiqili çıxışlar, rəqslər və əyləncəli oyunlarla davam edib.
Müştərilərin xəbərləri
500-dən artıq müraciətdən 20 layihə seçilib, 10 layihə finala çıxıb - “Bizdən Biznesə”nin qalibləri seçildi
Bayram günlərində 12 bankın 60 satış nöqtəsi, 68 poçt şöbəsi və valyuta mübadiləsi məntəqələri xidmət göstərəcək - SİYAHI
SON XƏBƏRLƏR
- 16 saat sonra
- 14 saat sonra
- 29 d. əvvəl
-
-
3 saat əvvəl
ARDNF-in investisiya portfelində qızılın payı 35 %-ə çatdırılacaq
-
3 saat əvvəl
Bank of Baku istiqrazları üzrə ilk kupon ödənişi həyata keçirilib
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də həyata keçirilən işlər ilə tanış olub - FOTOLAR, YENİLƏNİB
-
4 saat əvvəl
İqtisadi Zonaların İnkişafı Agentliyinin Müşahidə Şurasının iclası keçirilib
- 4 saat əvvəl
-
5 saat əvvəl
Avropa Yenidənqurma və İnkişaf Bankının istiqrazları üzrə ilk kupon ödənişi həyata keçiriləcək
- 5 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dövlət müəssisələrinin büdcə proseslərinə nəzarətin gücləndirilməsi və dividend siyasəti ilə bağlı qaydalar təsdiqlənib
ARDNF-in investisiya portfelində qızılın payı 35 %-ə çatdırılacaq
Şuşa Bank və Sığorta Binası tikilib
Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də həyata keçirilən işlər ilə tanış olub - FOTOLAR, YENİLƏNİB
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avropa Yenidənqurma və İnkişaf Bankının istiqrazları üzrə ilk kupon ödənişi həyata keçiriləcək
“McDonald’s Azərbaycan” Yeni Yasamalda restoran açdı - FOTO
Dekabrın 29-da gözlənilən hava şəraiti - XƏBƏRDARLIQ
"Xalq Bank"ın istiqrazlarına 72 investordan 72 sifariş






















