BP və SOCAR “Qarabağ” layihəsi üzrə yeni sənəd imzalayacaq
İyunun 3-də “BP-Azərbaycan” və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “Qarabağ” layihəsi ilə bağlı yeni sənəd imzalayacaq.
Bu barədə BP-dəki mənbələrə istinadən xəbər verilir.
Bildirilib ki, sənəd Bakıda keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz sərgisi, eləcə də 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji sərgisi çərçivəsində imzalanacaq.
Qeyd edək ki, 2024-cü il sentyabrın 20-də SOCAR və BP arasında “Qarabağ” neft yatağı və “Əşrəfi - Dan Ulduzu – Aypara” (ADUA) sahəsinə dair Anlaşma Memorandumu imzalanıb.
“Qarabağ” yatağı Bakıdan təxminən 120 km şərqdə, “Günəşli” yatağından 20-25 km məsafədə, 150-200 metr su dərinliyində yerləşir. ADUA sahəsi isə paytaxtdan 90-110 km şimal-şərqdə, 80-180 metr dərinlikdəki sularda yerləşir.
SOCAR və Norveçin “Equinor” şirkəti 2018-ci il mayın 31-də Bakıda Əşrəfi - Dan Ulduzu - Aypara strukturlarının kəşfiyyatı və işlənməsi üzrə Hasilatın Pay Bölgüsü (PSA) tipli müqavilə və “Qarabağ” yatağının işlənməsi üzrə Risk Xidməti Müqaviləsi imzalayıblar. Layihələrin icrası üçün tərəflər paritet əsaslarla əməliyyat şirkəti yaradıblar. Lakin “Equinor” 2023-cü ilin dekabrında layihələrdəki 50 %-lik iştirak payını SOCAR-a satıb. Sövdələşmə 2024-cü il aprelin 24-də rəsmiləşdirilib.
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
2 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 7 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb

























