Neft qiymətlərinin daha da yüksələcəyi gözlənilir: 125 - 130 DOLLAR PROQNOZLARI VERİLDİ
İsrail-İran münaqişəsi gücləndikcə neft qiymətləri dəyişkəndir.İsrailin İranın neft və qaz obyektlərinə hücumları Yaxın Şərqin neft tədarükü üçün riskləri artırdığına görə, neft bazarları qiymət artımına hazırlaşır.
Marja.az xəbər verir ki, İsrail şənbə günü İranın ən böyük neft yatağı olan nəhəng Cənubi Pars yatağı ilə əlaqəli təbii qaz emalı müəssisəsini və yanacaq saxlama çənlərini hədəfə alan hücum həyata keçirib.
Hücum İranın beynəlxalq bazarlara ixracından çox daxili enerji sisteminə yönəlsə də, neft investorları və analitiklər cümə günü son üç ilin ən yüksək səviyyəsinə çatan qiymətlərin daha da yüksələcəyini gözləyirlər. ABŞ-ın sanksiyalarına baxmayaraq, İran Neft İxrac Edən Ölkələr Təşkilatında (OPEC) üçüncü ən böyük istehsalçı olaraq qalır. İranın Yəməndəki müttəfiqləri husilər keçmişdə dəfələrlə bölgədəki gəmiçiliyi sıxışdırıblar. Tehran bundan əvvəl Fars körfəzinin mühüm ərazisi olan Hörmüz boğazını bağlamaqla hədələyib.
Ancaq bu önəmli dəniz yolu heç vaxt bağlanmayıb. "Rapidan Energy Advisers"in prezidenti və Ağ Evin keçmiş enerji məmuru Bob McNally, "Güclənən və potensial olaraq uzanan münaqişənin iqtisadi obyektlərə sıçrayışı bu həftənin əvvəlində xam neft qiymətlərinə bir az artım əlavə edəcək" deyib.
"JPMorgan Chase & Co." proqnozlaşdırır ki, Hörmüz boğazının bağlanması neftin beynəlxalq qiymətlərinin bir barel üçün 130 dollara qədər yüksəlməsinə səbəb ola bilər.
"Bloomberg Intelligence" ABŞ xam neftinin bir barelinin 125 dollara qədər bahalaşa biləcəyini proqnozlaşdırır. Neftin qiymətinin qalxması bütün dünyada inflyasiya təzyiqlərini daha da gücləndirmək riski daşıyır.
Neft qiymətləri ötən cümə günü 7% artdıqdan sonra, bazar ertəsi müharibənin regionda genişlənəcəyi və Yaxın Şərqdən neft ixracını əhəmiyyətli dərəcədə poza biləcəyi ilə bağlı narahatlıqlar ilə bir qədər də yüksəlib.
Bakı vaxtı ilə saat 10:00-a olan məlumata görə, Brent markalı neftin fyuçersləri 0,86% artaraq barreli 74,87 dollara, ABŞ-ın Qərbi Texas neftinin fyuçersləri isə 76 sent və ya 1,04% artaraq 73,74 dollara çatıb.
İran raketləri bazar ertəsi İsrailin Təl-Əviv və liman şəhəri Hayfanı vuraraq evləri dağıdıb və bu, həftə keçirilən G7 toplantısında dünya liderləri arasında iki köhnə düşmən arasında döyüşün daha geniş regional münaqişəyə səbəb ola biləcəyi ilə bağlı narahatlıqları artırıb.
Bazar günü İsrail və İran arasında zərbələr mülki əhalinin itkisi ilə nəticələnib.
Son hadisələr mühüm gəmi keçidi olan Hörmüz boğazında fasilələrlə bağlı narahatlıqları artırıb. Dünyanın ümumi neft istehlakının təxminən beşdə biri və ya gündə təxminən 18-19 milyon barel neft, kondensat və yanacağın boğazdan keçir.
Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) üzvü olan İran hazırda gündəlik 3,3 milyon barel hasil edir və 2 milyon bareldən çox neft və yanacaq ixrac edir.
Analitiklərin və OPEC müşahidəçilərinin fikrincə, OPEC və onun müttəfiqlərinin, o cümlədən Rusiyanın hər hansı pozulmaların qarşısını almaq üçün daha çox neft hasilat etmək imkanları təxminən İranın hasilatına bərabərdir.
"S&P Global Commodity Insights"ın neft bazarının təhlili şöbəsinin rəhbəri Riçard Cosvik qeyd edib ki, "İranın xam neft ixracı pozularsa, İran barelinin yeganə alıcısı olan Çin neftayırma şirkətləri digər Yaxın Şərq ölkələrindən və Rusiyadan xam neft almalı olacaqlar".
ABŞ prezidenti Donald Tramp bazar günü İsrail və İranın atəşkəsə vasitəçilik edə biləcəyinə ümid etdiyini deyib.
Müştərilərin xəbərləri
500-dən artıq müraciətdən 20 layihə seçilib, 10 layihə finala çıxıb - “Bizdən Biznesə”nin qalibləri seçildi
Bayram günlərində 12 bankın 60 satış nöqtəsi, 68 poçt şöbəsi və valyuta mübadiləsi məntəqələri xidmət göstərəcək - SİYAHI
SON XƏBƏRLƏR
- 20 saat sonra
- 18 saat sonra
-
1 d. əvvəl
Bank of Baku istiqrazları üzrə ilk kupon ödənişi həyata keçirilib
-
- 16 d. əvvəl
-
39 d. əvvəl
Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də həyata keçirilən işlər ilə tanış olub - FOTOLAR, YENİLƏNİB
-
50 d. əvvəl
İqtisadi Zonaların İnkişafı Agentliyinin Müşahidə Şurasının iclası keçirilib
- 53 d. əvvəl
-
1 saat əvvəl
Avropa Yenidənqurma və İnkişaf Bankının istiqrazları üzrə ilk kupon ödənişi həyata keçiriləcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
Fərid Məmmədov “Forbes”da Azərbaycanın yeni rəqəmsal erasından bəhs etdi
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bank of Baku istiqrazları üzrə ilk kupon ödənişi həyata keçirilib
Şuşa Bank və Sığorta Binası tikilib
Avropa Yenidənqurma və İnkişaf Bankının istiqrazları üzrə ilk kupon ödənişi həyata keçiriləcək
“McDonald’s Azərbaycan” Yeni Yasamalda restoran açdı - FOTO
Ən çox oxunanlar
Dekabrın 29-da gözlənilən hava şəraiti - XƏBƏRDARLIQ
"Xalq Bank"ın istiqrazlarına 72 investordan 72 sifariş
Azərbaycan bankı Fevralın 1-dən tarixindən islami məhsullarını təqdim edəcək - ŞƏRTLƏR
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Rəsmi Bakı: Somaliləndin tanınması beynəlxalq hüquqa ziddir, Azərbaycan Somalinin ərazi bütövlüyünü tam dəstəkləyir
KOB-lara dəstək və xidmətlərin göstərilməsi üzrə ixtisaslaşmış KOBİA-nın yaranmasından 8 il ötür
Prezident 41,7 milyard manantlıq büdcəni təsdiqlədi



















