“Azvvallet” şirkəti Mərkəzi Bankdan lisenziya aldı
Mərkəzi Bank tərəfindən “Azvvallet” MMC-yə elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən lisenziya verilib“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyanın əldə edilməsinə dair Mərkəzi Banka müraciət etmiş təşkilatların qiymətləndirilməsi həyata keçirilib.
Marja.az xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayıb.
Qeyd edilib ki, bu istiqamətdə aparılan işlər çərçivəsində Mərkəzi Bankın İdarə Heyətinin Qərarı ilə “Azvvallet” MMC-yə elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən müddətsiz lisenziya təqdim olunub.
11 iyul 2024-cü il tarixində Dövlət Vergi Xidməti "Azvvallet" MMC-ni dövlət qeydiyyatına alıb. 817 min 662 manat nizamnamə kapitalı olan şirkətin qanuni təmsilçisi Nağıyev Ceyhun Vaqif oğludur. "AZVVALLET" MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Kamal Rəhimov ev.15-dir.
"AZVVALLET" MMC pul köçürmələri, xidmətlərin ödənişi, QR kod vasitəsilə hesaba mədaxil xidmətlərini göstərir. Şirkətin saytında verilən məlumata görə, pul köşürmələri hər hansı bir komissiya və gizli ödəniş olmadan vəsaitiniz dərhal köçürülür. Həmçinin qeyd olunub ki, kommunal, internet, mobil rabitə və digər xidmətlərin ödənişini onlayn rejimdə asanlıqla həyata keçirmək mümkündür. QR kod vasitəsi ilə ilə balansınızı artıra və dünyanın istənilən yerində maliyyə vəsaitlərinizi idarə edə biləcəyiniz vədi də verilir.
Müştərilərin xəbərləri
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
40 d. əvvəl
Masallıda plastik taralar istehsal ediləcək - Sənaye Məhəlləsində yeni şirkət
-
- 52 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Böyük Britaniya şirkəti Azərbaycanda daha çox qızıl hasil etməyi proqnozlaşdırır
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Volt”, “Megastore” və “The Place”da istehlaka yararsız qida məhsulları aşkarlanıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb
Rusiyada xiyarın qiyməti ikiqat artıb
Ən çox oxunanlar
18-23° isti olacaq - Fevralın 19-da gözlənilən hava şəraiti
"Ziraat Bankası"nın xalis mənfəəti 60% artıb
Azərbaycan neftinin son qiyməti
“Yapı Kredi Bank Azərbaycan” hüquq bürosu xidmətlərinin satın alınması məqsədilə tender elan edir
Azərbaycanın Rusiyadan idxalının dəyəri 2 dəfə azalıb
























