“Card to ART” sosial layihəsi
“Card to ART” – Plastikdən Sənətə!“Yapı Kredi Bank Azərbaycan” ın əməkdaşları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Samur-Yalama Milli Parkında 5 iyun – Ümumdünya Ətraf Mühitin Mühafizəsi Gününə həsr olunan “Plastikdən istifadəni azaldaq: yerli səylər, qlobal təsirlər” mövzusunda keçirilən tədbirdə iştirak edib.
Tədbir çərçivəsində “Təmiz Şəhər” ASC-nin təşəbbüsü ilə keçirilən və Yapı Kredi Bank Azərbaycanın da tərəfdaşı olduğu “Card to ART” (“Kartdan Sənətə”) sosial layihəsinin təqdimatı baş tutub.
İstifadə müddəti başa çatan və yararsız plastik kartların təbiətə atılmasının qarşısını almağa, habelə bu istiqamətdə ictimaiyyətin ekoloji maarifləndirilməsinə xidmət edən layihənin məqsədi fəaliyyətində plastik kartlardan istifadə edən tərəfləri bir araya gətirərək ətraf mühitin mühafizəsinə töhfə verməkdir.
Layihə çərçivəsində müxtəlif məkanlarda yerləşdiriləcək xüsusi qutularda toplanacaq plastik kartlar yaradıcı şəxslərə yönləndiriləcək və onların toxunuşu ilə müxtəlif sənət əsərlərinə çevriləcək.
Hazırlanmış incəsənət nümunələri Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan “Tullantıdan Sənətə” muzeyində təşkil ediləcək “Card to ART” sərgisində ziyarətçilərə təqdim olunacaqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 gün sonra
- 44 d. əvvəl
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 14 saat əvvəl
-
1 gün əvvəl
“Sərmayə qoyuluşu ilə bağlı məsələlər bu gün ətraflı müzakirə edilmişdir” -BƏYANATLAR
-
1 gün əvvəl
“Həm Azərbaycanda, həm də Ukraynada hərbi sənaye kompleksi inkişaf edir“
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
ABŞ-İran danışıqları dalana dirənib, neft daha da bahalaşıb
Rəsmi məzənnələr açıqlandı
İrandan ABŞ-a yeni təklif
“Sərmayə qoyuluşu ilə bağlı məsələlər bu gün ətraflı müzakirə edilmişdir” -BƏYANATLAR
Ən çox oxunanlar
Aprelin 26-da gözlənilən hava şəraiti
“PAŞA Sığorta” mənfəətliliyini qoruyur
Unibankdan aprelin son şənbə aksiyası: 0 % komissiyalı kredit!
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
Bank of Baku-dan 1 milyon ağac hədəfinə dəstək
Bakıda Atatürk və Atena parkları birləşdirilir - FOTOLAR
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)






.jpg)





