Müsbət tendensiya: UForex müştəriləri qazanmağa davam edir
Azərbaycanın qabaqcıl foreks brokerlərindən biri olan UForex-in göstəriciləri treyderlərin qazanc potensialını bir daha təsdiqlədi.
Ötən il platforma üzərindən həyata keçirilən əməliyyatlar nəticəsində istifadəçilərin xalis gəliri 2,2 milyon dollardan çox təşkil edib. Bu göstərici treyderlərin tətbiq etdiyi uğurlu strategiyalarla yanaşı, bütün funksionalı vahid platformaya toplayan və bununla da istifadəçi təcrübəsini əhəmiyyətli dərəcədə rahatlaşdıran “Şəxsi Kabinet”in yaradılması ilə birbaşa əlaqəlidir.
2025-ci ilin ilk aylarından etibarən bu uğurun davam etdiyini görmək mümkündür. Əməliyyat sayı və həcmi ötən ilin eyni dövrü ilə müqayisədə nəzərəçarpacaq dərəcədə artıb. Belə ki, ilk beş ayın göstəricilərinə əsasən, əməliyyat sayı 40%-dən çox, əməliyyat həcmi isə 80%-ə yaxın yüksəlib.
“Əldə olunan nəticələr göstərir ki, müştəri yönümlü yanaşmamız və ötən il atdığımız strateji addımlar öz bəhrəsini verib. Bu inkişafın müştərilərimizin ticarətinə müsbət təsir etməsi bizim üçün xüsusi əhəmiyyət kəsb edir”, – deyə Unicapital İnvestisiya Şirkətinin direktoru Elmira Qəribova bildirib.
Xatırladaq ki, UForex “Unicapital İnvestisiya Şirkəti” ASC-nin təqdim etdiyi xidmətlərdən biridir. Şirkət müştərilərinə real vaxt rejimində “MT4” platforması üzərindən qızıl, gümüş, neft, valyuta cütlükləri kimi alətlərlə qlobal bazarlarda ticarət edib qazanc əldə etmək imkanı təqdim edir.
Marja ticarəti yüksək riskli investisiya fəaliyyəti olduğundan bu sahəyə investisiya edilən pul vəsaitlərinin itirilmə təhlükəsinin mövcudluğu və marja ticarətinə başlamazdan əvvəl bu fəaliyyətlə bağlı risklərlə tanış olmağınız vacibdir.
® Reklam
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
9 d. əvvəl
AIREX 2026: Azərbaycan beynəlxalq daşınmaz əmlak sərgisinə ev sahibliyi edəcək
-
-
18 d. əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
-
1 saat əvvəl
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Eldar Əzizov: Güclü yağışlarla mübarizə üçün Bakıda islahatlara ehtiyac var
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda daha bir aqropark yaradılıb
Ən çox oxunanlar
"İnvestAZ" ADPU Quba filialında seminar keçirib
Nazir Nəbiyev Dünya Bankının nümayəndə heyəti ilə görüşüb
Kreditinizi Birbank-a gətirin, 6%-dək endirim qazanın
Tanınmış supermarketlər şəbəkəsinin Ağcabədidə filialı açılıb
Bakı-Tbilisi-Bakı biletləri ilə bağlı yaxın saatlarda ictimaiyyətə məlumat veriləcək
Bu bank pulunuza illik 12% gəlir təklif edir






.jpg)
.jpg)




.jpg)







