Manato-nun gözlənilən kredit zərərlərində böyük artım
"SF Azerbaijan” BOKT MMC-nin ("Manato" brendi) müştərilərə verilən kreditlər üzrə gözlənilən kredit zərərləri artıb.
Marja.az xəbər verir ki, 2023-cü ilin sonunda "SF Azerbaijan” BOKT-ın müştərilərə verilən kreditlər üzrə gözlənilən kredit zərərləri 3 milyon 32 min manat ikən, 2024-cü ilin sonunda 22 milyon 72 min manata yüksəlib (19 milyon 40 min manat və ya 7,3 dəfə artıb).
"SF Azerbaijan” BOKT-da gözlənilən kredit zərərləri üzrə ehtiyatın artması Təşkilatda problemli kredirlərin artdığına işarədir. Ehtiyat verilmiş kreditlər ilə əlaqədar mümkün zərərlərin ödənilməsi üçün istifadə olunur.
Həmçinin, ötən il BOKT borc satışından 2 milyon 637 min manat xalis zərər ilə üzləşib.
Qeyd edək ki, 2024-cü ildə "SF Azerbaijan”ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 3,6 dəfə artaraq 57 milyon 837 min manata yüksəlib. Təşkilat 2023-cü ilin sonunda 16 milyon 157 min manat kredit portfelinə malik idi.
Xəbər verdiyimiz kimi, "SF Azerbaijan” BOKT MMC 2024-cü ili 37 milyon 740 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, təşkilat 2023-cü ili 316 min manat xalis zərər ilə bağlamışdı. "SF Azerbaijan” BOKT MMC-nın faiz gəlirləri 2023-cü ildə 10 milyon 273 min manat ikən, 2024-cü ildə 93 milyon 712 min manata çatıb (9 dəfədən çox artıb). Ötən il təşkilatın cəmi gəlirləri 99 milyon 77 min manat, cəmi xərcləri 61 milyon 335 min manat olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 2 saat əvvəl
- 18 saat əvvəl
-
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
2 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 2 gün əvvəl
-
2 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
50 hərrac, 127,1 milyon manatlıq ödəniş
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Ən çox oxunanlar
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti




















.jpg)

