“Azərbaycanda Ən Yaxşı İnvestisiya Şirkəti” -Unicapital növbəti beynəlxalq mükafat qazandı
Azərbaycanın aparıcı investisiya şirkətlərindən biri olan Unicapital qlobal səviyyədə daha bir uğura imza atıb.
2025-ci il üzrə “Cbonds Awards” çərçivəsində keçirilən nüfuzlu mükafatlandırma mərasimində "Unicapital İnvestisiya Şirkəti"“Azərbaycanda Ən Yaxşı İnvestisiya Şirkəti” nominasiyası üzrə qalib elan olunub.
Bu mükafat Unicapital-ın qlobal maliyyə bazarlarında etibarlı tərəfdaş kimi tanındığını və şirkətin fəaliyyətində beynəlxalq standartlara sadiqliyini bir daha nümayiş etdirir.
“Cbonds Awards” 2006-cı ildən etibarən təşkil edilən fintex, investisiya və kapital bazarları sahəsində regionun və dünyanın ən yaxşı bazar iştirakçılarını tanıyan nüfuzlu beynəlxalq mükafatlandırma mərasimidir. Mükafatlar həm ekspert dəyərləndirmələri, həm də bazar iştirakçılarının rəyləri əsasında təyin edilir.
Qeyd edək ki, bu, Unicapital-ın 2025-ci ildə aldığı sayca ikinci beynəlxalq mükafatdır. Cari ilin may ayında şirkət, “The Global Economics” təşkilatı tərəfindən keçirilən mükafatlandırmada da “Azərbaycanda Müştəri Dəstəyi üzrə Ən Yaxşı İnvestisiya Şirkəti” nominasiyası üzrə də qalib olmuşdur.
Bu uğurlar Unicapital-ın dayanıqlı inkişaf strategiyasını, müştəriyönümlü fəaliyyət modelini və innovativ xidmət təkliflərini bir daha təsdiqləyir. Şirkət həm yerli, həm də beynəlxalq səviyyədə investisiya mühitinə verdiyi töhfələrlə seçilir.
1 milyondan çox müştəri sayı, həmçinin geniş və innovativ xidmət imkanları ilə “Unicapital İnvestisiya Şirkəti” 2007-ci ildən bu yana Bakı Fond Birjasının ilk və ən uzunmüddətli üzvü həmçinin kapital bazarının peşəkar və aktiv iştirakçısıdır. Şirkətin nizamnamə kapitalı 100%-lik “Unibank KB” ASC-yə məxsusdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
19 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB























