"AFB Bank" II rüb üzrə mənfəəti 4.3 dəfə artıb
AFB Bank 2025-ci ilin ilk yarısını yüksək maliyyə göstəriciləri ilə başa vurdu.
AFB Bank ASC 2025-ci ilin ikinci rübü üzrə maliyyə nəticələrini açıqlayıb. Nəticələr Bankın stabil və dayanıqlı maliyyə artımını nümayiş etdirir.
2025-ci ilin ilk yarısında AFB Bank 2.718 milyon manat mənfəət əldə etmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4.3 dəfə artım deməkdir.
Kredit portfeli 2025-ci ilin ilk altı ayında 19% artaraq 203 milyon manata çatmışdır. Bu, Bankın real sektora və əhaliyə kredit dəstəyini genişləndirdiyini göstərir.
Bankın ümumi aktivləri 2025-ci ilin əvvəlindən etibarən 6% artaraq 310 milyon manat təşkil etmişdir.
Müştəri inamının artmasının göstəricisi kimi müddətli depozit portfeli 2024-cü ilin sonu ilə müqayisədə 51% artaraq 49.7 milyon manat təşkil etmişdir.
Maliyyə nəticələrindəki pozitiv dinamikanın əsas səbəbləri Bankın müştərilərinə təqdim etdiyi innovativ məhsul və xidmətlər, müştəriyönümlü layihələrin ardıcıl və sistemli şəkildə həyata keçirilməsi, eləcə də qəbul olunmuş yeni strateji inkişaf planına uyğun olaraq qarşıya qoyulmuş hədəflərə çatmaq məqsədilə struktur və proses səviyyəsində kompleks tədbirlərin icrası göstərilə bilər. Bununla yanaşı, Bank korporativ idarəetmə sistemini təkmilləşdirməklə, şəffaflıq və məsuliyyətlilik prinsiplərini daha da gücləndirir, eyni zamanda komandasını peşəkar kadrlarla zənginləşdirərək insan resurslarının inkişafına xüsusi önəm verir.
Hazırda bankın məcmu kapitalının və I dərəcəli kapitalının adekvatlıq əmsalı Mərkəzi Bankın normalarından xeyli yüksəkdir. Məcmu kapitalın adekvatlıq əmsalı 33,97%, I dərəcəli kapitalın adekvatlıq əmsalı isə 31,77% təşkil edir.
Qeyd edək ki, II rübün yekunlarına əsasən, bankın məcmu kapitalı 72.83 milyon manat olaraq qeydiyyata alınmışdır.
Hazırda "AFB Bank" 11 xidmət nöqtəsi ilə həm hüquqi, həm də fiziki şəxslərə hər növ bank xidmətlərini təklif edir. Bununla yanaşı, Bank müasir texnoloji imkanlardan istifadə etməklə Pərakəndə kredit məhsullarının tam onlayn formada — müraciətdən rəsmiləşdirmə və vəsaitin müştərinin hesabına köçürülməsinə qədər olan bütün mərhələlərdə — rəqəmsal şəkildə həyata keçirilməsini təmin edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 5 gün sonra
- 6 saat əvvəl
-
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
19 saat əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 19 saat əvvəl
- 21 saat əvvəl
-
21 saat əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
22 saat əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
23 saat əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
- 23 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 7 GÜN
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
Azərbaycan neftinin son qiyməti
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Ən çox oxunanlar
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?





















