Bakıda Zəfər Parkı ərazisində Zəfər Muzeyinin tikintisi sürətlə davam edir - Daxili tərtibat işlərinə start verilib
2024-cü ildə “PAŞA Holding”in sifarişi ilə “PMD Projects” tərəfindən Bakı şəhərində Zəfər Parkı inşa edilib. 2024-cü ilin noyabrın 8-də Zəfər Parkı tam şəkildə tamamlanaraq istifadəyə verilib.
“PMD Projects”dən Marja.az-a bildirilib ki, bu ilin 15 iyul tarixində Park ərazisində inşa olunan Zəfər Muzeyində daxili tərtibat işlərinə start verilib.
Əlavə edilib ki, Zəfər Muzeyi layihəsi xalqımızın qəhrəmanlıq salnaməsini və tarixi zəfərini əbədiləşdirmək, həmçinin bu irsi gələcək nəsillərə çatdırmaq məqsədilə həyata keçirilir. Muzey təkcə sərgi məkanı deyil, həm də milli yaddaşın və qürur duyulası tariximizin rəmzi olacaq
Bu da qeyd edilib ki, Zəfər Muzeyinin inşası zamanı həm əhalinin təhlükəsizliyini təmin etmək, həm də tikinti prosesinin səmərəli icrasını dəstəkləmək məqsədilə Muzey ərazisinə yaxın müəyyən hissələrdə müvəqqəti məhdudiyyətlər tətbiq olunacaq.
Muzeyinin inşası Zəfər Parkının ümumi fəaliyyətinə maneə yaratmır. Park ziyarətçilər üçün açıqdır və əraziyə bir neçə giriş nöqtəsi vasitəsilə daxil olmaq mümkündür.
PAŞA Holding Azərbaycanın aparıcı investisiya şirkətlərindən biri olaraq, milli mədəniyyət və tarixin qorunmasına xüsusi önəm verir. Şirkət Qarabağda – o cümlədən Şuşa, Zəngilan, Ağdam və digər şəhərlərdə – məscidlərin və tarixi abidələrin bərpasını maliyyələşdirməklə ölkənin mədəni irsinin dirçəldilməsinə töhfə verir.
Qeyd: Zəfər Muzeyinə dair təqdim olunan bu vizuallar layihənin ilkin konseptini əks etdirir və inşaat prosesində dəyişilə bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 3 d. əvvəl
- 11 d. əvvəl
- 46 d. əvvəl
-
1 saat əvvəl
Nvidia-nın gəliri 65 faiz artıb - 216 milyard dollar gəlir, 43 milyard dollar xalis mənfəət
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Xocalı soyqırımından 34 il ötür
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Yaponiyada Microsoft ofislərində axtarış aparılıb
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"




















