Unicapital – 2025-ci ilin ilk yarısında kapital bazarının ən fəal marketmeykeri
Bakı Fond Birjası 2025-ci ilin yanvar-iyun ayları üzrə kapital bazarlarında ən fəal iştirakçıları açıqlayıb. Unicapital İnvestisisya Şirkəti “Ən aktiv marketmeyker” kimi birinci yerin sahibi olub.
BFB-nin yarımillik hesabatına əsasən, Unicapital 3227 əqd həyata keçirərək bazarın dinamik və səmərəli işləməsinə mühüm töhfə verərək, bu kateqoriya üzrə lider mövqeyinə yüksəlib. Qeyd edək ki, marketmeykerlər maliyyə alətlərinin alış və satış qiymətlərini formalaşdıran, bazarda fasiləsiz ticarətin və qiymət sabitliyinin qorunmasına dəstək verən əsas iştirakçılardan biridir.
Bununla yanaşı, Unicapital digər istiqamətlərdə əldə etdiyi nəticələrlə sektorda güclü mövqeyini bir daha təsdiqləyib:
• Ən aktiv brokerlər arasında – təkrar bazar əqdlərinin sayına görə 2-ci yer (3520 əqd)
• Ən fəal anderrayterlər arasında – həyata keçirilmiş emissiya sayı üzrə 2-ci yer (4 istiqraz buraxılışı).
Bu göstəricilər bir daha sübut edir ki, Unicapital kapital bazarının bütün seqmentlərində dayanıqlı və fəal iştirakçı olaraq çıxış edir. Şirkət gələcəkdə də bazarın inkişaf tempini daha da artırmağı və müştərilərin tələblərinə tam cavab verən yeni imkanlar təqdim etməyi hədəfləyir.
Xatırladaq ki, 2007-ci ildən bəri fəaliyyət göstərən Unicapital Bakı Fond Birjasının ilk və ən uzunmüddətli üzvüdür.
® Reklam
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
19 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB






















