Dövlət Neft Fondu İtaliyada 402 MVt-lıq günəş enerjisi portfelində pay əldə edib
ARDNF və bərpa olunan enerji sahəsində fəaliyyət göstərən beynəlxalq “Enfinity Global” şirkəti, ARDNF-nin İtaliyada yerləşən ümumi gücü 402 MVt olan günəş fotovoltaik (PV) elektrik stansiyalarından ibarət portfeldə 49%-lik pay əldə etməsini nəzərdə tutan müqavilə imzalayıb. Müqavilənin başa çatmasından sonra “Enfinity Global” 51%-lik payını qoruyaraq və İtaliyanın bərpa olunan enerji bazarındakı güclü mövqeyini möhkəmləndirərək bu aktivlərin effektiv idarəçiliyini həyata keçirəcəkdir.ARDNF və bərpa olunan enerji sahəsində fəaliyyət göstərən beynəlxalq “Enfinity Global” şirkəti, ARDNF-nin İtaliyada yerləşən ümumi gücü 402 MVt olan günəş fotovoltaik (PV) elektrik stansiyalarından ibarət portfeldə 49%-lik pay əldə etməsini nəzərdə tutan müqavilə imzalayıb.
ARDNF-in yaydığı məlumatda bildirilir ki, müqavilənin başa çatmasından sonra “Enfinity Global” 51%-lik payını qoruyaraq və İtaliyanın bərpa olunan enerji bazarındakı güclü mövqeyini möhkəmləndirərək bu aktivlərin effektiv idarəçiliyini həyata keçirəcəkdir.
Qeyd edilib ki, bu investisiya, ARDNF-nin uzunmüddətli investor kimi müəyyən edilmiş strateji hədəflərinə və mandatına uyğun şəkildə sabit və proqnozlaşdırıla bilən gəlir mənbəyi yaratmaqla yanaşı, eyni zamanda qlobal miqyasda dayanıqlı enerji keçidinə töhfə verir.
Razılaşma çərçivəsində “Enfinity Global” İtaliyadakı layihə portfelinə investisiya tərəfdaşlarını cəlb edir. Bu, şirkətə mövcud layihələr üzrə kapital dövriyyəsini təmin etməyə və İtaliya üzrə 2,6 GVt günəş enerjisi və 5,3 GVt enerji saxlama gücünə malik layihələrin həyata keçirilməsini sürətləndirməyə imkan verir. Nəticədə, şirkətin ölkədə müstəqil enerji istehsalçısı (IPP) kimi lider mövqeyi daha da möhkəmlənir.
İnvestisiya portfeli həm istismarda olan, həm də tikilməkdə olan və İtaliyanın Latsio və Emiliya-Romanya regionlarında yerləşən günəş elektrik stansiyalarını əhatə edir. İstehsal edilən elektrik enerjisinin uzunmüddətli enerji alqı-satqı müqavilələri (PPA) əsasında satışa çıxarılması nəticəsində istehlakçılar üçün sabit enerji tarifləri, investorlar üçün isə proqnozlaşdırıla bilən pul axınları təmin ediləcəkdir. Portfel üzrə stansiyaların illik təxminən 685 milyon kilovat-saat (GVts) həcmində təmiz elektrik enerjisi istehsal edəcəyi gözlənilir. Bu da hər il təqribən 184,950-ton karbon-dioksid ekvivalentində (CO₂e) emissiyanın azaldılması və 250 minə yaxın İtalyan ailəsinin illik enerji tələbatının qarşılanması deməkdir.
“Enfinity Global” şirkətinin baş icraçı direktoru Karlos Domeneç bildirib: “ARDNF -ni İtaliyadakı ilk müqavilə əsaslı fotovoltaik portfelimizə uzunmüddətli tərəfdaş və investor kimi cəlb etməkdən məmnunluq duyuruq. Bu investisiya bütün iştirakçı ölkələr, investorlar və istehlakçılar üçün qarşılıqlı faydalı olan davamlı enerjiyə keçidin parlaq nümunəsidir.”
ARDNF-nin İcraçı direktoru İsrafil Məmmədov qeyd edib: “Enfinity Global” ilə bu strateji tərəfdaşlıq vasitəsilə ARDNF İtaliyanın artan enerji tələbatının qarşılanması üçün rəqabətqabiliyyətli və təmiz enerji təchizatına töhfə verir və eləcə də, yerli iqtisadi inkişafın və əhalinin enerji təminatının dəstəklənməsinə xidmət edir. Gələcək yönümlü institusional kapital təminatçısı olaraq İtaliya və ümumilikdə Avropada strateji investisiya imkanlarını dəstəkləməyə davam edəcəyik.”
Əməliyyat çərçivəsində “Enfinity Global” şirkətinə bir sıra məsləhətçi qurumlar tərəfindən dəstək göstərilmişdir. Şirkətə bu prosesdə “Mediobanca” maliyyə məsləhətçisi, “Legance” hüquqi məsləhətçi, “Fichtner” isə texniki məsləhətçi qismində xidmət göstərmişdir.
ARDNF isə sözügedən əməliyyat üzrə “JLL” tərəfindən birləşmə və satınalmalar üzrə, “Dentons Europe Studio Legale Tributario” tərəfindən hüquqi, “EY” tərəfindən maliyyə və vergi, “DNV” tərəfindən isə texniki məsləhət dəstəyi ilə təmin olunmuşdur.
ARDNF haqqında
1999-cu ildə təsis edilmiş ARDNF ölkənin neft və qaz gəlirlərinin səmərəli idarə olunmasını təmin edən suveren sərvət fondudur. Fondun əsas məqsədi əldə olunan gəlirlərin uzunmüddətli və dayanıqlı şəkildə idarə olunaraq gələcək nəsillər üçün qorunması və artırılmasıdır. Hazırda məcmu aktivləri 60 milyard ABŞ dollarını keçən ARDNF borc öhdəlikləri və pul bazarı alətləri, səhmlər, qızıl, daşınmaz əmlak və infrastruktur kimi müxtəlif sahələri əhatə edən, qlobal miqyasda geniş diversifikasiya olunmuş investisiya strategiyası həyata keçirir.
“Enfinity Global “haqqında
“Enfinity Global “və onun törəmə şirkətləri ABŞ - də yerləşən bərpa olunan enerji ilə dayanıqlı inkişaf xidmətləri sahəsində fəaliyyət göstərən aparıcı şirkətdir. 2019-cu ildə təsis edilmiş şirkətin portfelinə istismarda olan, inşası davam edən və inkişaf mərhələsində olan layihələr daxil olmaqla ümumilikdə 40 GVt həcmində bərpa olunan enerji və enerji saxlama aktivləri daxildir. Bununla yanaşı, “Enfinity” ABŞ ərazisində digər 37 GVt gücündə layihələr üzrə danışıqlar aparır. ABŞ, Avropa, Yaponiya və Hindistanda ofisləri fəaliyyət göstərən “Enfinity Global” aşağı karbonlu iqtisadiyyata keçidin sürətləndirilməsinə töhfə verməyi strateji məqsəd kimi müəyyən etmişdir. Şirkətin rəhbər komandası bərpa olunan enerji sahəsində qlobal səviyyədə ən təcrübəli heyətlərdən biri hesab olunur. Komanda indiyədək 26 GVt həcmində günəş və külək enerjisi layihələrinin inkişafı və satın alınmasında iştirak etmiş, həmçinin 41 milyard ABŞ dollarından artıq investisiya portfeli üzrə maliyyələşdirmə təcrübəsi toplamışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
5 saat əvvəl
Geosiyasi gərginliyin artması fonunda qızılın qiyməti 2% də yüksəldi - 4800 DOLLARA YAXINLAŞIR
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
8 saat əvvəl
Dövlət Neft Fondu “BlackRock” və onun şirkətilə niyyət protokolu imzaladı
- 8 saat əvvəl
-
9 saat əvvəl
Azərbaycanın iri bankı səhmlərinin bir hissəsini kütləvi şəkildə investorlara təklif edəcək - İPO
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Dünyanın ən böyük mədənçilik şirkətinin yaradılması məqsədilə danışıqlar aparılır
- 12 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Geosiyasi gərginliyin artması fonunda qızılın qiyməti 2% də yüksəldi - 4800 DOLLARA YAXINLAŞIR
İlham Əliyev Qətərin Baş naziri ilə görüşüb
Azərbaycanın iri bankı səhmlərinin bir hissəsini kütləvi şəkildə investorlara təklif edəcək - İPO
İlham Əliyev Avropa Bankının prezidenti ilə görüşüb
Ən çox oxunanlar
Tarixdə ilk dəfə gümüşün qiyməti 95 dolları keçib
"Revolut" Dünyanın ən sürətlə böyüyən markasıdır
NVIDIA dünyanın 5-ci ən dəyərli markası oldu - Marka dəyəri 110% artaraq 184 milyard dolları keçib
Əliyev və Bərzani görüşüb
Azərbaycan və Finlandiya prezidentləri görüşüb
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
Mercedes GLB-nin Macarıstanda istehsalına başlanılıb

























