Bitkoinin çirkli pulların yuyulmasında rolu
Kriptovalyutaların pioneri sayılan bitkoin 2009-cu ildə yaranmağına baxmayaraq geniş populyarlığı 2013-ci ildə dörd ay ərzində dəyərinin 10 dəfə qalxmasından sonra qazanmağa başlayıb.Kütləvi informasiya vasitələri, məşhur iqtisadçılar və innovativ texnologiyalar üzrə ekspertlər yeni rəqəmsal valyutanın üstün və mənfi cəhətləri haqqında müxtəlif məlumatlar yaymağa və proqnozlar verməyə başladılar.
Bitkoinin bir çox müsbət özəllikləri olsa da bəzi xüsusiyyətlərinə görə bir çox dövlətlər və iqtisadi qurumlar hələ də bitkoini ciddi ödəmə vasitəsi kimi qəbul etmir və hətta bəzi ölkələr bitkoini çirkli pulların yuyulmasına dəstək verəcəyini səbəb gətirərək istifadəsinə qadağa qoyur. Bu səbəbdənilk olaraq bitkoinin potensial risk yarada biləcək bəzi xüsusiyyətlərini nəzərdən keçirək:
1.Anonimlik. Bank və ya digər ödəniş sistemləri ilə əməliyyat zamanı hesablar konkret şəxslərə bağlıdır lakin kriptoşəbəkə daxilində bitkoinlə bütün tranzaksiyalar anonimdir və bitkoin-cüzdan sahiblərindən şəxsi məlumatlarını təqdim edilməsi tələb olunmur.
2.Mərkəzləşdirilmiş idarəetmə orqanı yoxdur. Bitkoinə nəzarət edən vahid mərkəzin olmaması bitkoinin emissiyasına və məzzənəsinə təsir etməyi, həmçinin kriptoşəbəkə daxilində tranzaksiyalara və hesablara hər hansı blokun qoyulmasını mümkünsüz edir.
3.Qeyri-stabillik. Bitkoinin dəyərinin qeyri-stabilliyi onun məzənnəsindəki volatilliyin yüksək olması ilə əlaqədardır.
4.Əməliyyatın ləğvinin mümkünsüzlüyü. İstifadəçilər arasındabitkoin ilə hesablaşma hər hansı maliyyə-vasitəçisi olmadan birbaşa aparılır və bu səbəbdən əməliyyat baş verdiyi halda onun ləğv edilməsi mümkün deyil.
5.Hüquqi statusun olmaması. Bitkoin hələ ki, yalnız Yaponiya höküməti (aprel,2016) tərfindən ölkə daxilində rəsmən ödəniş vasitəsi kimi elan edilmişdir. Avstraliya və Vyetnamda da bitkoinin tanınması gözlənlir.
Bitkoini bəzən internet üzərindən qanunsuz maliyyə əməliyyatların maqniti hesab edirlər. Lakin nəzərə almaq lazımdır ki, cinayətkərlar öz məqsədlərinə çatmaq üçün istənilən real valyutalardan istifadə edirlər və bitkoin də istisna deyil.Bitkoin bir yenilikdir və onun ödəniş vasitəsi kimi digər fiat valyutalardan üstünlükləri cinayətkar aləmin diqqətini cəlb etməsi təbiidir.
Bitkoinin nüfuzuna ilk böyük zərbə 2013-cü ildə Silk Road saytının sahibi Ross Ulbrixtin həbs edilməsi oldu. Silk Road saytı ödəniş vasitəsi kimi bitkoini qəbul edən və əsas satış predmeti yüngül narkotiklər (marixuana, ekstazi) olan onlayn-maqazin idi. Alıcı və satıcıların anonimliyi tam təmin olunan saytda həmçinin incəsənət əsərləri, soyuq silahlar hətta saxta sənədlərin hazırlanması və xaker hücumlarının təşkili kimi xidmətlər də təklif olunurdu. Federal Təhqiqatlar Bürosunun hesablamalarına əsasən Silk Road internetdə ən böyük “cinayətkar bazarı” olmaqla yanaşı iki il ərzində 1.2 milyard dollar qazanc əldə edib. Ross Ulbrixtə qarşı çirkli pulların yuyulması, narkotik ticarəti və xaker fəaliyyəti maddələri üzrə cinayət işi açılaraq ömürlük azadlıqdan məhrum edildi.
Hazırda “Çirkli pulların yuyulması”na qarşı tədbirləri kordinasiya edən və mütəmadi monitorinqlər aparan iki beynəlxaq qrup mövcuddur: Maliyyə cinayətləri ilə mübarizə üzrə beynəlxalq qrup (FATF) və Avropa Şurasının “Money Wall” adlanan xüsusi ekspert qrupu.
FATF (Financial Action Task Force)-ın dərc edilmiş “Yeni terror riskləri” adlı hesabatında rəqəmsal valyutaların terror təşkilatlarının maliyyələşdirlməsi imkanları barədə bölmə yer almışdır. Hesabatda deyilir ki, çirkli pulların yuyulması, qanunsuz silah satışı, narkotik ticarəti və terrorçuluğun maliyyələşməsində ilk növbədə ənənəvi üsulla - qanunsuz bank köçürmələri vasitəsilə aparılır və kriptovalyutalarla maliyyəşmə mexanizmi siyahıda ən son yerdədir. Odur ki, kritovalyutalara xüsusilə də bitkoinə olan marağın artmasına əsas səbəb “qanunsuz maliyyələşmələrdə istifadə olunması” sadəcə olaraq növbəti mifdir.
Amerikanın çirkli pulların yuyulmasına qarşı mübarizə agentliyinin (FinCEN) rəhbəri Genifer Kelverinbəyənatına əsasəsən terrorçuluğun maliyyələşməsində bitkoinin rolu“ənənəvi” maliyyələşmə metodları ilə müqaisədə kifayət qədər azdır və hələki ciddi risklər daşımır.
Məlumat üçün qeyd edim ki, Azərbaycanda «Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında» qanun layihəsi 2009-cu ilin fevral ayında qəbul edilib. Çirkli pulların yuyulmasına qarşı mübarizəniisə Mərkəzi Bankın yanında Maliyyə Monitorinqi Xidməti həyata keçirir.
Bitkoin və ümumilkdə kriptovalyutaların inkişafı dövlətin qanunvericilik, tənzimləmə və hüquq-mühafizə orqanları qarşısında yeni tapşırıqlar qoyur. Praktiki olaraq istənilən proqressiv texnologiyalar müsbət yeniliklərlə barəbər özü ilə yeni riskləri də gətirir ki, kriptovalyutalarda bu cəhətdən istisna deyil. Bu tip risklərin minimumlaşdırılmasının qiymətləndirilməsi zamanı ilk olaraq bu riskləri müəyyənləşdirilməsi, informasiyaların yığılması və statistik məlumatların analiz edilməsi mütləqdir. Yalnız bundan sonra konkret tədbirlərə keçmək olar. Həssas tənzimləmə və operativ idarəetmə üsullarını elə tətbiq etmək lazımdır ki, potensial investorlar və sıravi istifadəçilər qanunları pozmamaq şərti ilə innovativ texnologiyaları (blockchain) istifadə etməklə rəqəmsal valyutaları öz bizneslərində tətbiq edə bilsinlər.
Elnur Qulyev, Crypto Consulting
Müştərilərin xəbərləri
“McDonald’s Azərbaycan” və DSMF şəhid və qazi övladları üçün Novruz bayramı tədbiri təşkil edib - FOTO
ABB istiqrazlarına abunə yazılışı başa çatıb - Sifarişlər təklifi 5 dəfə üstələyib, 503 fiziki şəxs əldə edib
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 13 saat əvvəl
-
16 saat əvvəl
Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müavin təyin olunub
-
- 19 saat əvvəl
- 20 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
AZCON Holding və özəl investor anlaşdı - Birgə şirkət yaradılacaq, 10-a yaxın gəmi inşa ediləcək
-
1 gün əvvəl
Əhalinin icbari tibbi sığortası sahəsində səlahiyyətlər bu Nazirliyə həvalə edildi - FƏRMAN
-
1 gün əvvəl
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinlərinin sayı artırılıb
-
1 gün əvvəl
Sığortaolunanların dərman və tibb vasitələrlə təmin edilməsi üzrə öhdəlikləri TƏBİB-ə keçir
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Rusiya uçot dərəcəsini 15 faizə endirdi
Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müavin təyin olunub
Xalq Bankdan Novruza özəl endirim təklifi
Fürsətləri Baku Electronics-lə bayrama çevirmək vaxtıdır!
AZCON Holding və özəl investor anlaşdı - Birgə şirkət yaradılacaq, 10-a yaxın gəmi inşa ediləcək
Əhalinin icbari tibbi sığortası sahəsində səlahiyyətlər bu Nazirliyə həvalə edildi - FƏRMAN
Ən çox oxunanlar
Sığortaolunanların dərman və tibb vasitələrlə təmin edilməsi üzrə öhdəlikləri TƏBİB-ə keçir
İki dövlət agentliyi birləşdirilir - FƏRMAN
Avropa Mərkəzi Bankı İran müharibəsi fonunda faizlərini dəyişmədi
Bankın Gəncədə 2-ci filialı fəaliyyətə başladı
ABB istiqrazlarına sifarişlərin 97%-i tətbiq üzərindən edilib
















