Bakıda keçirilən CulTech Hakatonu uğurla başa çatıb
CulTech Hakaton: Texnologiya və mədəniyyətin qovşağında yeni fikirlərBakıda keçirilən CulTech Hakatonu uğurla başa çatıb.
74 komanda arasından seçilən yalnız 16 komanda, 48 saat ərzində texnologiya və yaradıcılığın müxtəlif istiqamətində ideyalarını inkişaf etdirərək layihələrini təqdim ediblər.
İştirakçılar hakaton müddətində 5 fərqli istiqamət üzrə mentorların dəstəyi ilə innovativ və sosial əhəmiyyətli məhsullar üzərində çalışıblar. Mədəniyyət, incəsənət, texnologiya və cəmiyyətin kəsişməsində yaradılan bu layihələr jüri tərəfindən yüksək qiymətləndirilib.
Mentorlar
• Tural Salmanov - Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) - İnnovasiyalar üzrə mütəxəssis
• Səhər Qədimli – PAŞA Kapital Rəqəmsal Marketinq üzrə Baş Mütəxəssis
• Günay Əliyeva – Expressbank Rəqəmsal məhsullar üzrə dizayner
• Ruslan Ağakişiyev – IKTEX MMC Proqram Təminatı Mühəndisi, Texniki Rəhbər
• Elman İsmayılov – PAŞA Həyat UX/UI Dizayner
Münsif Heyəti
Final layihələri aşağıdakı nüfuzlu münsif heyəti tərəfindən qiymətləndirilib:
• Zaur Darabazadə – Cinemastercard-ın İdarə Heyətinin Sədri
• Ramil Məhərrəmov – Bolt Azərbaycan-ın Baş Əməliyyat Meneceri
• Ülvi Aslanov – Code Academy-nin İcraçı Direktoru
• Orxan Kərim – Endorphin Agentliyinin Təsisçisi
• Aynur Fərəcova – NeuroPlus Neyromarketiq və Süni İntellekt Agentliyinin Təsisçisi
Qaliblər və Hədiyyələr
Sonda isə ən yaxşı nəticə göstərmiş 3 komanda texnoloji hədiyyələrlə mükafatlandırılıb:
1-ci yer: SnapBite I Qulaqlıq
2-ci yer: CulturalClan I Ağıllı saat
3-cü yer: Team Təkəldüz I Ağıllı Dinamik
Qeyd edək ki, “CulTech” layihəsi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Mədəni və Yaradıcı Sənayelərin İnkişaf Mərkəzinin dəstəyi və SUP VC şirkətinin təşkilatçılığı ilə gerçəkləşdirilir.
Layihə gənclərin yaradıcılığını, komandada işləmə bacarığını və texnoloji potensialını ortaya çıxararaq, gələcəyin dəyişiklik yaradan fərdlərini formalaşdırmağı hədəfləyir.
Qeyd edək ki, CulTech İnkubasiya Proqramı 4.0 üçün qeydiyyat davam edir.
Qeydiyyat linki: https://forms.gle/vmHr3i6S9azQ4BgY6
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 gün sonra
- 2 saat əvvəl
-
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
"Xəzər" Kredit İttifaqı 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
-
7 saat əvvəl
Azərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandı
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Sığorta" ağacəkmə aksiyasına qoşulub
Birləşmiş Ərəb Əmirlikləri OPEC-i tərk edir
“Azercell” tətbiqinə dostunu dəvət et, bonus qazan!
Azərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandı
Ən çox oxunanlar
22 sahibkar “Tərəqqi” medalı ilə təltif edildi
Aprelin 29-da gözlənilən hava şəraiti
Sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizə üçün 86 milyon manata yaxın pul ayrıldı - SƏRƏNCAM
Qlobal bank netin orta qiymət proqnozunu 104 dollara yüksəldib
TuranBank-dan “Yaşıl gələcəyə” növbəti addım: 1 milyon ağac hədəfi
Unicapital PAŞA Bank səhmlərinin marketmeykeri olacaq
BP-nin mənfəəti İran müharibəsi ilə 2 dəfədən çox artıb
3 gün, 0% komissiya: Unibank yeni kredit kampaniyası keçirir












.jpg)




